Bank Of Baku

Milli QHT Forumu İdarə Heyətinin iclası keçirilib

Milli QHT Forumu İdarə Heyətinin iclası keçirilib
# 14 sentyabr 2007 17:16 (UTC +04:00)
Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) İdarə Heyətinin iclası keçirilib. MQF-dən APA-ya verilən məlumata görə, toplantıda “Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2007-ci il tarixli sərəncamına əsasən yaradılması nəzərdə tutulan Qeyri-Hökumət Təşkilatlarının Məsələləri üzrə Qurum və Qeyri-Hökumət Təşkilatlarının İnkişaf Fondu ilə bağlı MQF-nin hazırladığı əsasnamə layihələri və təkliflər paketi müzakirə edilib. Bu barədə MQF-nin icraçı direktoru Fərasət Qurbanov məlumat verib. O, prezidentin sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün MQF-nin QHT rəhbərləri, media mənsubları, hökumət və Milli Məclis nümayəndələri, eləcə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirdiyi hərtərəfli müzakirələrin çox məhsuldar və əhəmiyyətli olduğunu bildirib. Qeyd edilib ki, QHT-lərlə iş üzrə qurumun ənənəvi “dövlət komitəsi” adı və formatı ilə yaradılması QHT-lərin üçüncü sektor olaraq müstəqilliyinə müəyyən təhlükə yarada bilər. Ona görə də qurumla bağlı məsələlərin həllində, onun statusunun və digər göstəricilərinin müəyyənləşdirilməsində, ölkənin ən böyük və ən nüfuzlu QHT birliyi kimi, Forumun daha fəal və prinsipial mövqe nümayiş etdirməsinin zəruriliyi bildirilib. QHT-lərə Yardım Fondu ilə bağlı da müəyyən narahatçılıq ifadə edən idarə heyəti üzləri bu Fondun formalaşdırılma prinsiplərinin ədalətli və şəffaf olmasının vacibliyini vurğulayıb, bu məsələlərin müzakirəsi üçün idarə heyətinin yaxın günlərdə xüsusi olaraq toplaşması lazım bilinib. MQF-nin illik ümumi yığıncağına hazırlığın başlanması üçün işçi heyət seçilib, toplantının bu il oktyabrın sonu, noyabrın əvvəlində keçirilməsi məqsədəuyğun sayılıb. Daha sonra MQF sıralarına 12 yeni təşkilat qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR