Bank Of Baku

Azərbaycanla Filippin arasında əmək miqrantlarının qeydiyyatına dair memorandum imzalanacaq

Azərbaycanla Filippin arasında əmək miqrantlarının qeydiyyatına dair memorandum imzalanacaq
# 17 sentyabr 2007 07:25 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, nümayəndə heyətinə Filippinin Xaricdə yaşayan əməkçilərin sosial təminatı üzrə Administrasiyasının rəhbəri Marianito Rok rəhbərlik edir.
M.Rok jurnalistlərə açıqlamasında bildirib ki, səfər zamanı Bakıda aparacaqları danışıqlar zamanı administrativ əlaqələr və miqrasiya məsələləri müzakirə olunacaq. Müzakirələrin sonunda iki ölkə arasında əmək miqrantlarının qeydiyyatı və onların sayının tənzimlənməsinə dair memorandum imzalanacaq.
M.Rok hazırda Azərbaycanda Filippindən 500 əmək miqrantının çalışdığını deyib. Lakin Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Vahab Məmmədov bu göstəricinin 1200-dən çox olduğunu bildirib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR