Bank Of Baku

Astarada əmək yarmarkası keçirilib

Astarada əmək yarmarkası keçirilib
# 17 sentyabr 2007 10:49 (UTC +04:00)
Astarada əmək yarmarkası keçirilib. Bu barədə APA-nın cənub bürosuna Astara Rayon Əmək və Məşğulluq Mərkəzinin baş məsləhətçisi Ağadadaş Cəfərov məlumat verib. Onun sözlərinə görə, şəhər mərkəzi kitabxanasının oxu zalında keçirilən tədbirə 350 nəfər işaxtaran qatılıb. Yarmarkaya 28 idarə, müəssisə və təşkilatdan 185 boş iş yeri çıxarılıb ki, bunlardan da 16-sı dövlət, 10-u qeyri-dövlət müəssisəsi, 1-i xarici şirkət, daha 1-i isə fiziki şəxs olub. Yarmarkaya çıxarılan boş yerlərdən 86-na göndəriş verilib. İşə düzələn şəxslərin aylıq orta əmək haqqı 60 manatdan 220 manatadək təşkil edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR