Bank Of Baku

Bu ilin birinci yarısında Rusiyada çalışan 37 min azərbaycanlı əmək miqrantı əmək fəaliyyətini rəsmiləşdirib

Bu ilin birinci yarısında Rusiyada çalışan 37 min azərbaycanlı əmək miqrantı əmək fəaliyyətini rəsmiləşdirib
# 17 sentyabr 2007 12:41 (UTC +04:00)
Görüşdə Azərbaycanın ƏƏSMN və Rusiyanın Səhiyyə və Sosial İnkişaf Nazirliyi arasında imzalanmış Operativ Tədbirlər Planının icrası ilə bığlı yaradılmış işçi qruplarının ötən dövrdə fəaliyyətinə dair müzakirələr aparılıb. Həmçinin, Azərbaycan və Rusiya hökumətləri arasında ötən dövrdə RF-də müvəqqəti çalışan azərbaycanlı əmək miqrantlarının bu ölkənin Federal Miqrasiya Xidməti vasətisi ilə leqallaşdırılması məsələsi müzakirə olunub.
“Rusiya tərəfinin təqdim etdiyi məlumatlara görə, bu ölkədən son yarım il ərzində 1 nəfər azərbaycanlı deportasiya olunub. Artıq azərbaycanlıların Rusiyada bir çox problemlərlə üzləşməsinə son qoyulub”, - deyə V.Məmmədov qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, bu ilin ötən dövrü ərzində Rusiyada çalışan 37 min azərbaycanlı əmək miqrantı əmək fəaliyyətini rəsmiləşdirib.
Görüşdə Azərbaycanla Rusiya arasında əmək miqrasiyası sahəsində informasiya mübadiləsinin aparılması, Rusiyanın əmək bazarındakı iş yerləri barədə Azərbaycana mütəmadi olaraq məlumatların verilməsi və s. məsələlər üzrə müzakirələr aparılıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR