Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində vakant vəzifələrin tutulması üçün müsabiqə keçirilir

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində vakant vəzifələrin tutulması üçün müsabiqə keçirilir
# 17 sentyabr 2007 12:49 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya İqtisadi İnkişaf Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.
İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, müsabiqə korporativ idarəetmə sektoruna, iqtisadi inkişaf siyasəti və proqnozlaşdırma, dövlət investisiyaları, xarici ticarət və iqtisadi əlaqələr, xarici investisiyalar və texniki yardımların əlaqələndirilməsi, sahibkarlığın inkişafı siyasəti şöbələrinə məsləhətçi, davamlı inkişaf və regional siyasət şöbəsinə isə sektor müdirləri vakant yerlərinin tutulması üçün keçirilir.
Həmçinin, nazirliyinin reqional şöbələrində də bir sıra vakant yerlər mövcuddur. Belə ki, Abşeron, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Yuxarı Qarabağ və Dağlıq Şirvan reqional şöbələrinə məsləhətçi (o cümlədən böyük, aparıcı və baş məsləhətçi) vakant yerlərinə işçi cəlb olunacaq.
Müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu oktyabrın 6-dək davam edəcək. Müsabiqə test imtahanı və söhbətdən ibarətdir. Test imtahanının keçirilmə vaxtı və test sualları Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında yerləşdiriləcək.
Ümumilikdə musabiqə 34 vakant yerə elan edilib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR