Bank Of Baku

Korozon de Lapas ikinci dəfə Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti seçilib

Korozon de Lapas ikinci dəfə Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti seçilib
# 17 sentyabr 2007 15:06 (UTC +04:00)
Sentyabrın 10-15-də Moskvada (Rusiya) Beynəlxalq Sosial Təminat Assosiasiyasının 29-cu Baş Assambleyası çərçivəsində I Ümumdünya Sosial Təminat Forumu keçirilib.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycanı fondun sədri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Müxtəlif ölkələrin pensiya və sosial sığorta fondlarının rəhbərləri, siyasətçiləri və alimləri olmaqla 1000 nəfərdən çox nümayəndənin qatıldığı forumda dinamik sosial təminatın dəstəklənməsi, sosial təminat sahəsində inkişaf və tendensiyalar, daha dayanaqlı pensiya sistemlərinin işlənməsi strategiyaları, sosial təminat vəsaitlərinin investisiyası və başqa mövzular müzakirə edilib. Beynəlxalq Sosial Təminat Assosiasiyasının miqyasına və mahiyyətinə görə ən mötəbər tədbiri hesab olunan Baş Assambleyada isə BSTA-nın proqramı, büdcəsi qəbul olunub, qurumun Konstitusiyasına müəyyən dəyişikliklər edilib. BŞTA-nın rəhbəri olmuş Korozon de Lapas isə ikinci dəfə 3 il müddətinə təşkilatın prezidenti seçilib. İclasda qurumun baş katibi, xəzinədarı, Nəzarət Komissiyasının üzvləri və texniki komissiyaların sədrləri vəzifələrinə də seçkilər keçirilib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR