Bank Of Baku

Baş Dövlət Yol Polisi İdarəsi sentyabrın 10-dan oktyabrın 10-dək “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir

Baş Dövlət Yol Polisi İdarəsi sentyabrın 10-dan oktyabrın 10-dək “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir
# 18 sentyabr 2007 14:10 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 10-dan oktyabrın 10-dək “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir. BDYPİ-dən APA-ya daxil olan məlumata görə, aylığın keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları arasında intizamın möhkəmləndirilməsi, habelə məktəblilərə təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsidir. DİN rəhbərliyi aylıq ərzində bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməklə uşaq və gənclərə nümunə olmağa çağırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR