Bank Of Baku

Bu gün Almaniyada “Əmək təhlükəsizliyi və təhlükəsiz əmək şəraiti” mövzusunda beynəlxalq konfrans başlayıb

Bu gün Almaniyada “Əmək təhlükəsizliyi və təhlükəsiz əmək şəraiti” mövzusunda beynəlxalq konfrans başlayıb
# 18 sentyabr 2007 14:17 (UTC +04:00)
Bu gün Almaniyada Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əmək təhlükəsizliyi və təhlükəsiz əmək şəraiti” mövzusunda beynəlxalq konfransı işə başlayıb.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 20-dək davam edəcək konfransda Avstraliya, Portuqaliya, İsveçrə, Braziliyan və s. ölkələrin ekspertləri iştirak edir. Tədbirdə Azərbaycanı Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü təmsil edir.
Səfər çərçivəsində N.Şükürlünün Almaniyanın Əmək və Sosial İşlər Nazirliyinin rəhbərləri, dövlət katibi ilə görüşləri keçiriləcək. Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, Almaniya təcrübəsinin öyrənilməsi və s. ilə bağlı müzakirələr aparılacaq. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR