Bank Of Baku

Zaqatalada yeni inşa olunmuş Zəyəm kənd körpüsünün açılışı olub

Zaqatalada yeni inşa olunmuş Zəyəm kənd körpüsünün açılışı olub
# 18 sentyabr 2007 16:32 (UTC +04:00)
Bu gün Zaqatalada yeni inşa olunmuş Zəyəm kənd körpüsünün açılışı olub. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) vəsaiti hesabına, İcma İnkişaf Fəaliyyəti (CHF) proqramı çərçivəsində yenidən qurulan körpünün inşasına 6,614 AZN məbləğində vəsait sərf olunub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, açılış mərasiminə USAİD-in Azərbaycan üzrə icraçı direktoru Nil Mikkalla da qatılıb. Tədbirdə çıxış edən N. Mikkalla USAİD-in Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərdiyini və bu müddət ərzində burda həyata keçirilən layihələrə 284 milyon ABŞ dolları məbləğində vəsaitin sərf edildiyini söyləyib.
Qeyd edək ki, Zəyəm kənd körpüsü 1980-ci illərdə inşa edilib. Həmin dövrdən bu günə qədər körpüdə heç bir əsaslı təmir işləri aparılmayıb. Zəyəm kəndini digər kəndlərlə birləşdirən və yeganə keçid olan körpü son illər tamamilə bərbad vəziyyətə düşmüşdü. Mərasimdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri bu layihənin təşkilatçılarına gördükləri xeyirxah işə görə təşəkkür ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR