Bank Of Baku

Naxçıvanda 6 müəssisənin fəaliyyət göstərəcəyi yeni bina istifadəyə verilib

Naxçıvanda 6 müəssisənin fəaliyyət göstərəcəyi yeni bina istifadəyə verilib
# 19 sentyabr 2007 07:32 (UTC +04:00)
Naxçıvanda 6 müəssisənin fəaliyyət göstərəcəyi yeni bina istifadəyə verilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, yeni binanın I mərtəbəsində Naxçıvan MR Televiziya və Radio Şurası və Naxçıvan şəhər Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstərəcək. II və III mərtəbələr Naxçıvan Dövlət Texniki Kollecinə verilib ki, bunun üçün 8 fənn kabinəsi və 10 sinif otağı ayrılıb. IV mərtəbədə Naxçıvan MR Ekoloji Tərbiyə Mərkəzi, V mərtəbədə isə şəhər 1 saylı uşaq musiqi məktəbi fəaliyyət göstərəcək. Bunun üçün bina lazımi avadanlıq və dərs vəsaitləri ilə təchiz edilib. Əsaslı yenidənqurma tədbirlərini Naxçıvan Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında şəhər Abadlıq və Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirib. Binada yeni müəssisələrin fəaliyyəti nəzərə alınaraq əvvəlki layihədə bir sıra dəyişikliklər aparılıb.
Qeyd edək ki, əsaslı yenidənqurmadan sonra yeni istifadəyə verilən bina 1972-ci ildə inşa edilib. Həmin ildən Babək rayonunun Şıxmahmud kəndində yerləşən Kənd Təsərrüfatı Texnikumunun yataqxanası olan bina 2002-ci ildən Texniki Kollec binası kimi fəaliyyət göstərirdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR