Bank Of Baku

Azərbaycan telekanallarında nümayiş etdirilən filmlərin təsnifata bölünməsi ilə bağlı MTRŞ nəzdində Ekspertlər Qrupu yaradılır

Azərbaycan telekanallarında nümayiş etdirilən filmlərin təsnifata bölünməsi ilə bağlı MTRŞ nəzdində Ekspertlər Qrupu yaradılır
# 19 sentyabr 2007 12:02 (UTC +04:00)
Bu barədə APA-ya MTRŞ üzvü Qafar Cəbiyev bildirib. Onun sözlərinə görə, təsnifata bölünmə deyəndə, filmlərin tamaşaçıların yaş xüsusiyyətləri nəzərə alınmaqla müvafiq kateqoriyalar üzrə nümayiş etdirilməsi nəzərdə tutulur: “Hazırda filmlərin təsnifat olmadan nümayiş etdirilməsi ilə bağlı cəmiyyətdə narahatlıq var. Şuraya da bununla bağlı müraciətlər daxil olur. Bəzi şəxslər istəmirlər ki, onların azyaşlı övladları, məktəblilər yaşlarına uyğun olmayan filmlərə tamaşa etsinlər. Azərbaycan mənəviyyatı üçün xarakterik olmayan, erotikanı, qəddarlığı təbliğ edən səhnələrlə müşayiət olunan filmlərin günün istənilən vaxtı nümayiş etdirilməsi heç bir halda məqsədəuyğun sayıla bilməz”.
Q. Cəbiyev deyib ki, bu yöndə inkişaf etmiş dövlətlərin təcrübəsi nəzərə alınacaq. Onun sözlərinə görə, Ukrayna təcrübəsi sadəliyinə və Azərbaycan şəraiti üçün nisbətən məqbul olması ilə diqqətçəkəndir. Belə ki, həmin ölkədə bütün telekanallarda filmlər xüsusi kateqoriyalara uyğun olaraq nümayiş etdirilir. 1-ci qrup filmlər kütləvi, 2-ci qrup yalnız məhdud auditoriya, 3-cü qrup isə böyüklər üçün nəzərdə tutulub: “MTRŞ hesab edir ki, “Televiziya və radio yayımı haqqında” qanuna müvafiq olaraq artıq dünya praktikasında yer alan təcrübədən Azərbaycanda da istifadə etməyə dəyər”.
Q. Cəbiyevin sözlərinə görə, qrupun Şuranın nəzdində yaradılması, orada mütəxəssislərin sosioloqların, psixoloqların, jurnalistlərin, kinoşünasların, pedaqoqların təmsil olunması nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR