Bank Of Baku

Azərbaycanda əcnəbilərin əmək fəaliyyətinin leqallaşdırılması üçün tədbirlər genişləndirilir

Azərbaycanda əcnəbilərin əmək fəaliyyətinin leqallaşdırılması üçün tədbirlər genişləndirilir
# 19 sentyabr 2007 13:28 (UTC +04:00)
Azərbaycanda bu gün təqribən 25 min əmək miqrant işləsə də, onlardan yalnız 2000-dən çoxu indiyədək əmək fəaliyyətini leqallaşdırıb. “APA-Economics”in bildirdiyinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərov bildirib.
E.Kələntərovun sözlərinə görə, aparılan yoxlamalar nəticəsində son bir həftə ərzində ölkə ərazisində müqaviləsiz işləyən 373 miqrant əmək fəaliyyətini leqallaşdırmaq məqsədilə aidiyyatı qurumlara müraciət edib.
E.Kələntərov qeyd edib ki, əmək fəaliyyətini leqallaşdıran əcnəbilərin sayı az olduğundan nazirlik bu istiqamətdə tədbirləri genişləndirəcək: “Bəzi ölkələr fəaliyyətini leqallaşdırmayan əcnəbilərə təkcə cərimə tətbiq etməklə kifayətlənməyib, onları azadlıqdan da məhrum edir. Bizim məqsədimiz isə budur ki, əcnəbilərin fəaliyyətini qanuniləşdirək”. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR