Bank Of Baku

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri sentyabrın 23-27-də Macarıstanda səfərdə olacaq

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri sentyabrın 23-27-də Macarıstanda səfərdə olacaq
# 19 sentyabr 2007 13:31 (UTC +04:00)
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 23-dən 27-dək Macarıstanda səfərdə olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərov “APA-Economics”ə bildirib ki, səfərin məqsədi Dünya Bankının təşkilatçılığı ilə sentyabrın 25-26-da sosial müdafiə ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak etməkdir. Konfransda bir sıra Avropa ölkələrinin əmək və sosial müdafiə nazirləri də iştirak edəcək. Səfər zamanı F.Ələkbərovun bir sıra görüş keçirəcəyi gözlənilir. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR