Bank Of Baku

Zaqatalanın Paşan kəndində yeni inşa olunmuş klubun, əsaslı təmir olunmuş tibb məntəqəsi və kitabxananın açılış mərasimi keçirilib

Zaqatalanın Paşan kəndində yeni inşa olunmuş klubun, əsaslı təmir olunmuş tibb məntəqəsi və kitabxananın açılış mərasimi keçirilib
# 19 sentyabr 2007 13:43 (UTC +04:00)
Bu gün Zaqatalanın Paşan kəndində yeni inşa olunmuş klubun, əsaslı təmir olunmuş tibb məntəqəsi və kitabxananın açılış mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib. Tədbirdən öncə RİH başçısı Asif Əsgərov və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri kənd əhalisi ilə ayrı-ayrılıqda görüşərək, sakinlərin problemləri ilə yaxından tanış olublar. Daha sonra kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən A. Əsgərov yeni inşa olunmuş klubun, həmçinin əsaslı təmir olunan tibb məntəqəsinin və kənd kitabxanasının rayonun daxili imkanları hesabına ərsəyə gəldiyini söyləyib. O, rayonda aparılan quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını və bu işlərin ilin sonunadək başa çatdırılacağını bildirib. Mərasim konsert proqramı ilə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR