Bank Of Baku

Masallı Rayon Polis Şöbəsində insan alverinə qarşı mübarizə mövzusunda seminar keçirilib

Masallı Rayon Polis Şöbəsində insan alverinə qarşı mübarizə mövzusunda seminar keçirilib
# 19 sentyabr 2007 13:44 (UTC +04:00)
Bu gün Masallı Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyi və “Təmiz Dünya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə insan alverinə qarşı mübarizə mövzusunda seminar keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, maarifləndirmə məqsədi daşıyan tədbirdə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları və QHT nümayəndələri iştirak ediblər. DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polkovnik-leytenant Fuad Əliyev “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Proqramı”nın aspektləri, bu istiqamətdə qəbul olunmuş qanunların icra mexanizmi barədə çıxış edib. O, hər il dünyada 600-900 min şəxsin insan alverinə qarşı mübarizənin qurbanına çevrildiyini bildirib: “2006-cı ildə Azərbaycanda 211 nəfər insan alverinin qurbanına çevrildiyi halda, cari ilin 8 ayında bu rəqəm 187-yə çatıb”. F. Əliyev insan alverinin ölkəmizdə silah və narkotik alverindən sonra üçüncü yeri tutduğunu, əsasən 27-35 yaşlı insanların bu alverin qurbanına çevrildiyini deyib. “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə rəhbərlik etdiyi qurumun insan alverinə qarşı mübarizə sahəsində gördüyü işlərdən söz açıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR