Bank Of Baku

Bakı-Məkkə marşrutu üzrə II piyada marafon həyata keçiriləcək

Bakı-Məkkə marşrutu üzrə II piyada marafon həyata keçiriləcək
# 19 sentyabr 2007 14:19 (UTC +04:00)
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) iki üzvü “İslam sülhün və qardaşlığın rəmzidir” adlı layihə çərçivəsində Bakı-Məkkə marşrutu üzrə II piyada marafon həyata keçirəcək. AVMVB-nin mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyevin APA-ya verdiyi məlumata görə, təşkilat üzvləri Şahid Qurbanov və Sahib Kazımov tərəfindən həyata keçiriləcək marafon sentyabrın 21-də saat 11.00-da Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq. Marafon iştirakçıları Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanını keçməklə, ümumilikdə 6 mindən kilometrdən çox məsafə qət edəcəklər. Onlar Məkkədə Kəbə evini ziyarət edəcəklər. Marafonla bağlı bütün texniki məsələlər Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən həll olunub.
Qeyd edək ki, “Heydər Əliyevi, İslam dünyasını və Qarabağı unutma” adlanan I marafon 2006-cı ildə reallaşdırılıb. Marafon iştirakçısı, AVMVB üzvü Şahid Qurbanov Bakıdan Məkkəyə qədər yolu piyada qət edib. Həmin marafon 4 ay çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR