Bank Of Baku

Arpaçay su anbarında əsaslı təmir işləri aparılacaq

Arpaçay su anbarında əsaslı təmir işləri aparılacaq
# 20 sentyabr 2007 08:32 (UTC +04:00)
Arpaçay su anbarında əsaslı təmir işləri aparılacaq. Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı Agentliyindən APA-ya verilən məlumata görə, dəryaçada bərpa işləri bir sıra avadanlıqların istismar müddətinin bitməsi və bənddə sızmaların qarşısının alınması məqsədilə həyata keçiriləcək. Su anbarında qülləli suburaxıcının elektrik avadanlığı və avtomatlaşdırma sisteminin, yeni liftin tamamilə yenidən qurulması, lift şaxtasının təmiri nəzərdə tutulur. Növbəti mərhələdə qapıqaldıran hidravlik nasoslar yeniləri ilə əvəzlənəcək, istismar tunelinin girişindəki qəza-sutullayıcı qurğu və istismar tuneli təmir olunacaq, havatəmizləyici boru quraşdırılacaq. Agentlikdən bildiriblər ki, bəndin hər iki yatağında hər hansı sızma hallarının qarşısını almaq üçün bərkitmə işləri ilə yanaşı, yardımçı xidməti binalar inşa olunacaq. Əsaslı bərpa işləri çərçivəsində qəza-sutullayıcı qurğunun bölmə və səkilərinin, istismar tunelinin sonunda yerləşən hovuzda yenidənqurma işləri aparılacaq, qəza-sutullayıcı qurğu monolit dəmir betonla bərkidiləcək.
Qeyd edək ki, Arpaçay su anbarı 1977-ci ildə istifadəyə verilib. Sonrakı illərdə Arpaçayın sağ və sol sahil kanalları çəkilib. Faydalı həcmi 140 milyon kubmetr olan dəryaçadan Şərur, Kəngərli və Sədərək rayonlarında 20 min hektardan artıq əkin sahələrinin suvarılmasında istifadə olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR