Bank Of Baku

Şərurun Yuxarı və Aşağı Aralıq kəndlərində 6 yeni sosial obyekt istifadəyə verilib

Şərurun Yuxarı və Aşağı Aralıq kəndlərində 6 yeni sosial obyekt istifadəyə verilib
# 20 sentyabr 2007 08:38 (UTC +04:00)
Şərur rayonunun Yuxarı və Aşağı Aralıq kəndlərində 6 sosial obyekt istifadəyə verilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə Şərur Rayon İcra Hakimiyyətinin Yuxarı və Aşağı Aralıq kənd inzibati ərazi vahidləri üzrə nümayəndəliklərinin, Aralıq kəndində Heydər məscidi, Ticarət Mərkəzi, Mədəniyyət Evi və Musiqi Məktəbinin yeni inzibati binalarının açılışı olub. V. Talıbov hazırda belə tədbirlərin Babək rayonunun Cəhri, Culfanın Yaycı, Ordubadın Düylün kəndlərində, Sədərək rayonunun Heydərabad qəsəbəsində və Kəngərli rayonunda da aparıldığını bildirib. Görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan Ali Məclis sədri bütün bunların kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına xidmət etdiyini deyib. O, Aralıq kəndinin mərkəzi küçələrində həyata keçirilən abadlıq işləri maraqlanıb, Yuxarı Aralıq kənd sakini I qrup əlil Aybəniz Həsənovanın ailəsinə ikiotaqlı fərdi yaşayış evinin açarlarını təqdim edib, mədəniyyət evi üçün binanın açılışına həsr olunmuş konsert proqramını izləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR