Bank Of Baku

Ailə Məcəlləsi ilə bağlı monitorinqin yekunlarına dair elmi-praktik konfrans keçirilib

Ailə Məcəlləsi ilə bağlı monitorinqin yekunlarına dair elmi-praktik konfrans keçirilib
# 20 sentyabr 2007 10:46 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ailə Məcəlləsi ilə bağlı monitorinqin yekunlarına dair elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, artıq 5 ildir Ailə Məcəlləsinin monitorinqi aparılır, bu müzakirənin əsas məqsədi isə ictimaiyyətin sənədə dair mövqeyini növbəti dəfə öyrənməkdir. O, məcəlləyə dəyişiklik edilərkən həmin fikirlərin də nəzərə alınacağını deyib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi üçün təkliflərini təqdim etdiklərini söyləyib. Bu təkliflər komitəyə edilən şikayətlər əsasında hazırlanıb. Komitə ilk növbədə kişi və qadınlar üçün nikah yaşının bərabərləşdirilməsini və hər iki cins üçün nikah yaşı kimi 18 yaşın götürülməsini təklif edir: “Hazırda qadınlar üçün nikah yaşı 17, kişilər üçün 18-dir. Komitə hesab edir ki, bəzi hallarda, məsələn, qadın hamilə olduqda nikah yaşı 1 il azaldıla bilər. Ancaq nikah yaşının azaldılması halları da dəqiq müəyyən edilməlidir”. H. Hüseynovanın sözlərinə görə, onların təkliflərində nikaha daxil olan şəxslərin tibbi müayinədən keçməsi məsələsi də əksini tapıb: “Tibbi müayinədən keçmək zəruridir və bu, məcburi olmalıdır”. Komitə sədri nikaha daxil olan şəxslərin səlahiyyətli orqan tərəfindən nikah müqaviləsi haqqında məlumatlandırılması təklifini də irəli sürdüklərini əlavə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR