Bank Of Baku

Ucarda bəzi un və un məhsullarının qiymətində artım müşahidə olunur

Ucarda bəzi un və un məhsullarının qiymətində artım müşahidə olunur
# 20 sentyabr 2007 15:28 (UTC +04:00)
Son günlər Ucar rayonunda bəzi un və un məhsullarının qiymətində artım müşahidə olunur. APA-nın Aran bürosunun məlumatına görə, sentyabrın 12-də 50 kq-lıq unun kisəsi 16-18 manata satılırdısa, bu gün həmin rəqəm 17 manat 60 qəpik-19 manat arasında dəyişir. Bununla əlaqədar çörəyin çəkisində də azalma hiss olunur. Bir neçə gün əvvəl 23-24 qəpiyə satılan arpa bu gün 24-25 qəpik, 24-25 qəpiyə satılan buğda isə 28-30 qəpik dəyərindədir. Qiymət artımı əhali arasında ajiotaj doğursa da, Ucar Rayon İcra Hakimiyyətindən bununla bağlı tədbir görməyə hüquqları olmadığı bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR