Bank Of Baku

Zaqatalaya işıq verilməsi 9 saat dayandırılıb

Zaqatalaya işıq verilməsi 9 saat dayandırılıb
# 20 sentyabr 2007 16:14 (UTC +04:00)
Bu gün Zaqatala əhalisi 9 saat işıqsız qalıb. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, bu gün Zaqatala rayonuna elektrik enerjisinin verilməsində səhər saat 09:00-dan axşam saatlarınadək məhdudiyyət yaranıb. Heç bir xəbərdarlıq olunmadan rayonda elektrik enerjisinin kəsilməsi yerli sakinlərini ciddi narahat edib. Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsindən (PEŞ) APA-nın yerli bürosuna bildirilib ki, elektrik enerjisinin kəsilməsi yerli stansiyada aparılan təmir işləri ilə bağlı olub və Şəki PEŞ-dən Zaqatalaya elektrik enerjinin verilməsi dayandırılıb. Təmir işləri başa çatdıqdan sonra axşam saat 18:00 radələrində rayona elektrik enerjisinin verilməsi bərpa olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR