Bank Of Baku

“İnsan resurslarının idarə edilməsində psixoloji texnologiyalar” paketinin təqdimat mərasimi keçirilib

“İnsan resurslarının idarə edilməsində psixoloji texnologiyalar” paketinin təqdimat mərasimi keçirilib
# 21 sentyabr 2007 09:49 (UTC +04:00)
“G&R Biznes Xidmətləri” MMC (GRBS) “İnsan resurslarının idarə edilməsində psixoloji texnologiyalar” paketinin təqdimat mərasimini keçirib. APA-nın xəbərinə görə, paketlə bağlı tədbir iştirakçılarına şirkətin treneri Cavad Əfəndi məlumat verib. O, insan resurslarının idarə edilməsi zamanı komanda işinin təmin edilməsi, heyətin təlim və inkişafı, heyətin psixoloji qiymətləndirilməsi, testləşdirmə, stres riskinin qiymətləndirilməsi, heyətin bərpası və digər məsələlər barədə danışıb. C. Əfəndi Azərbaycanda ilk dəfə detektor vasitəsilə yalanın müəyyənləşdirilməsi xidmətinin tətbiq olunması prosedurundan danışıb. Onun sözlərinə görə, kollektivlərdə münaqişələrin olması ümumi işə zərər verdiyindən qarşılıqlı münasibətlərin dəqiq, dinamik şəkildə qurulması, münaqişələrin təhlil və həll edilməsi vacibdir. Təqdimat mərasiminə şirkət, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin insan resurslarının idarə edilməsi üzrə çalışan işçilər qatılıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR