Bank Of Baku

Uşaqların müdafiəsi mövzusunda tədbir keçiriləcək

Uşaqların müdafiəsi mövzusunda tədbir keçiriləcək
# 21 sentyabr 2007 11:14 (UTC +04:00)
Sentyabrın 25-də “Uşaq müdafiə sisteminin təkmilləşdirilməsi və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların rolu” mövzusunda tədbir keçiriləcək. Bu barədə APA-ya “Uşaqlar Naminə” Mərkəzi və Şərqi Avropa, MDB və Baltikyanı ölkələrdə UNİCEF-QHT Regional Şəbəkəsindən bildirilib. Tədbir Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının İnsan Haqları üzrə Müvəkkillə birgə BMT-nin İnsan Haqları üzrə Komissarlığı və UNİCEF-in dəstəyi ilə baş tutacaq. Bu yöndə müzakirələrin aparılmasında məqsəd uşaqların müdafiə sistemində mövcud boşluqları müəyyənləşdirmək, qanunvericiliyin təkmilləşdirilməsi və s. məsələləri müzakirə etməkdir. Tədbirdə dövlət qurumlarının nümayəndələrinin iştirakı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR