Bank Of Baku

Varşavada insan ölçüləri sahəsində öhdəliklərin yerinə yetirilməsi müzakirə olunacaq

Varşavada insan ölçüləri sahəsində öhdəliklərin yerinə yetirilməsi müzakirə olunacaq
# 21 sentyabr 2007 15:23 (UTC +04:00)
Sentyabrın 24-dən oktyabrın 5-nə kimi Varşavada ATƏT-in insan ölçüləri sahəsində öhdəliklərin yerinə yetirilməsinə dair 12-ci müşavirəsi keçiriləcək. APA-nın məlumatına görə, hüquq-müdafiə problemlərinə həsr olunmuş konfransa ATƏT üzvü olan 56 ölkənin nümayəndələri qatılacaq. Azərbaycanı toplantıda Prezidentin İcra Aparatı, Mərkəzi Seçki Komissiyası, Daxili İşlər və Ədliyyə nazirlikləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri təmsil edəcəklər. Konfransa BMT, Avropa Şurası, Avropa Birliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatların nümayəndələri də qatılacaqlar. Forumun gündəliyində 30-dan artıq aktual məsələ var: dözümsüzlük və diskriminasiyanın müxtəlif formaları ilə mübarizə, insan alveri ilə mübarizə, milli azlıqların, qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin olunması, vahid seçki standartları, terrorçuluq və ekstremizmlə mübarizə və s. Forumun nəticələri ATƏT XİN başçılarının Madriddə noyabrın 29-30-də keçiriləcək illik konfransına hazırlıq üçün əhəmiyyət kəsb edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR