Bakıda Azərbaycan və Gürcüstan ekspertlərinin ekoloji idarəetmə sahəsində ixtisaslarının artırılması üçün seminar keçiriləcək

Bakıda Azərbaycan və Gürcüstan ekspertlərinin ekoloji idarəetmə sahəsində ixtisaslarının artırılması üçün seminar keçiriləcək
# 21 sentyabr 2007 15:27 (UTC +04:00)
“Azərsu” Səhmdar Cəmiyyəti (SC) Almaniya mütəxəssisləri ilə birgə bu ilin sentyabrın 26-dan oktyabrın 5-dək Azərbaycan və Gürcüstan ekspertlərinin ekoloji idarəetmə sahəsində ixtisaslarının artırılması üçün seminar keçirəcək. Bu barədə “APA-Economics”ə “Azərsu” SC-nin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Azərsu” SC Almaniyanın əməyin peşəkar və sosial gigiyena institutu İAS ilə su sektorunda ekoloji idarəetmə sisteminin yaradılması ilə əlaqədar 7 ildən çoxdur əməkdaşlıq edir. Aparılan işlərin nəticəsində, “Azərsu” SC-nin iki təşkilatı - Ceyranbatan baş təmizləyici qurğuları və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu İSO 14001 beynəlxalq sertifikatını alıb. Hazırda İAS mütəxəsisləri sahədə menecer və eko-auditorların hazırlanması üçün yeni layihə ilə Bakıya gəlib.
Azərbaycanda “Ətraf mühitin mühafizəsi sahəsində menecer/auditorların hazırlanması” adlanan Proqramının əsas məqsədi təcrübə keçmiş ekspertlərin bilik və bacarıqlarından istifadə edərək, müəssisələrin fəaliyyətində ətraf mühitin mühafizəsinə xüsusi əhəmiyyət verməklə yanaşı ətraf mühitin mühafizəsi sahəsində eko-auditorların ixtisasının artırılması, ekoloji idarəetmə sisteminin yaradılması üçün təşkilatın seçilməsi, ekoloji sahədə dövlət və özəl təşkilatların birgə əməkdaşlıq şəbəkəsinin yaradılması, əldə edilən təcrübənin Gürcüstana verilməsinə zəmin yaratmaqdır. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR