Bank Of Baku

Beynəlxalq Sülh Günü ilə bağlı sərgi açılıb

Beynəlxalq Sülh Günü ilə bağlı sərgi açılıb
# 21 sentyabr 2007 15:52 (UTC +04:00)
Bu gün Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində “Sülh naminə 1000 qadın” sərgisinin açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, İsveçrə səfirliyinin Azərbaycandakı ofisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və BMT-nin İctimai İnformasiya Departamentinin birgə təşkil etdiyi tədbir “Cücələrim” Uşaq Rəqs Ansamblının çıxışı ilə başlanıb. Tədbirdə Ombudsman Elmira Süleymanova, BMT-nin Azərbaycandakı nümayəndəsi Bruno Poeza, İsveçrənin Azərbaycandakı müvəqqəti işlər vəkili Alan Qidetti, İsveçrə Parlamentinin üzvü Qabi Vermo Monqold, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, Beynəlxalq Sülh Gününün əhəmiyyətindən söz açıblar.
Qeyd edək ki, 1981-ci ildə BMT qətnaməsi ilə Baş Assambleyanın açılış vaxtına uyğun olaraq təsis edilən Beynəlxalq Sülh Günü ilk dəfə 1982-ci il sentyabrın üçüncü çərşənbə günü qeyd edilib. 2002-ci ildə bu günün 20 illik yubileyi ilə əlaqədar Baş Assambleya 21 sentyabrı Beynəlxalq Sülh Gününün qeyd olunması üçün dəyişməz bir tarix kimi təsdiq edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR