Bank Of Baku

“Azərbaycanın gələcəyini necə görürük” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanın gələcəyini necə görürük” mövzusunda dəyirmi masa keçirilib
# 24 sentyabr 2007 12:17 (UTC +04:00)
Azərbaycan Gənclər Platforması “Azərbaycanın gələcəyini necə görürük” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər. AGP-nin baş koordinatoru Orxan Qafarlı “Azad polemika” adlı tədbirlər silsiləsi keçirməyi nəzərdə tutduqlarını və hazırkı tədbirin də bu silsiləyə aid dəyirmi masalardan biri olduğunu bildirib. O, Azərbaycan gənclərinin siyasi baxımdan ağır durumda olduğunu deyib: “Ali məktəblərdə müxalifət partiyalarının üzvü olan gənclərə basqılar var. Həmçinin ali məktəblərdə rüşvətin həddinin yüksək olması gənclərin təhsili üçün böyük problemlər yaradır”. O, iqtisadi sahədə də gənclərin vəziyyətinin ağır olduğunu, işsizliyin kütiləvi hal aldığını, gənclərin sahibkarlıqla məşğul olmasına böyük əngəllər yaradıldığını qeyd edib. Tədbirdə iştirak edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Məmmədov isə deyilənlərə münasibət bildirərək gənclərin vəziyyətinin pis olmadığını vurğulayıb. Onun sözlərinə görə, gənclərdə inkişaf var və bu, gələcəyə inamı artırır. Tədbirdə iştirak edən digər gənclər təşkilatlarının nümayəndələri də mövzuya dair fikirlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR