Bank Of Baku

Azərbaycanda baş verən təbii fəlakətlərin aradan qaldırılması və bununla bağlı əhaliyə yardım edilməsi məqsədilə son iki ildə 8 milyon manat vəsait ayrılıb

Azərbaycanda baş verən təbii fəlakətlərin aradan qaldırılması və bununla bağlı əhaliyə yardım edilməsi məqsədilə son iki ildə 8 milyon manat vəsait ayrılıb
# 24 sentyabr 2007 12:28 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə “Təbii kataklizmlər və müasir sivilizasiyaların qlobal problemləri” mövzusunda Bakıda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. K. Heydərovun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Təzəkənd ərazisində Araz çayının səviyyəsinin qalxması nəticəsində dəymiş zərərin ödənilməsinə 557,7 min manat, Mingəçevir su anbarının qərb hissəsində baş verən torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılmasına 1,8 mln. manat, Xanlar rayonunun Dozular kəndində baş verən torpaq sürüşməsi ilə əlaqədar kəndin təhlükəsiz əraziyə köçürülməsi və yeni evlərin tikintisinə 5,1 mln. manat, Lənkəran şəhərində qəza vəziyyətinə düşmüş yaşayış binasının tikintisinə 1,6 mln. manat və Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində gölün səviyyəsinin aşağı salınması üçün təqribən 1,5 mln. manat vəsait ayrılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR