Bank Of Baku

Gəncədə 1 saylı internat məktəbinin yeni yataqxanasının açılış mərasimi keçirilib

Gəncədə 1 saylı internat məktəbinin yeni yataqxanasının açılış mərasimi keçirilib
# 24 sentyabr 2007 13:33 (UTC +04:00)
Gəncədə 1 saylı internat məktəbinin Yaponiya səfirliyinin xətti tikilmiş yeni yataqxanasının açılış mərasimi keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, açılış mərasimində Yaponiyanın ölkəmizdəki səfirinin birinci müavini Mitsuhiro Kohna və Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev iştirak edib. Tədbirdən sonra Mitsuhiro Kohna yeni yataqxananın otaqlarını gəzərək, burada yaradılan şəraitlə və yeni avadanlıqlarla yaxından tanış olub. Yeni yataqxana 7 böyük yataq otağından, bir mətbəx otağından və digər otaqlardan ibarətdir. Yataqxana 300 yeni çarpayı və digər müasir avadanlıqlarla təchiz edilib. 1 saylı internat məktəbinin yeni yataqxanası Yaponiya hökumətinin “Ot kökləri və İnsan təhlükəsizliyi” qrant proqramı çərçivəsində “Labirint” qeyri-hökumət təşkilatı ilə birgə həyata keçirdiyi layihə əsasında təmir edilib. Layihənin əsas məqsədi Gəncənin 1 saylı İnternat məktəbində təhsil alan şagirdlərin şəraitini yaxşılaşdırmaqdır. Layihədən faydalanacaq şagirdlərin sayı 314 nəfər, ümumi dəyəri isə 166490 ABŞ dollarıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR