Bank Of Baku

Türkiyədə çalışan Azərbaycan vətəndaşları bu ölkədə qalmaq üçün müəyyənləşdirilən müddətin artırılmasını istəyirlər

Türkiyədə çalışan Azərbaycan vətəndaşları bu ölkədə qalmaq üçün müəyyənləşdirilən müddətin artırılmasını istəyirlər
# 24 sentyabr 2007 15:05 (UTC +04:00)
Nəqliyyat şirkətində işləyən Famil Əlisoy adlı naxçıvanlı APA-nın Türkiyə bürosuna açıqlamasında avqust ayından etibarən Türkiyədə qalmaq müddətinin 1 aya endirilməsinin onlara böyük maddi zərbə vurduğunu bildirib: “Ayda bir dəfə ölkəyə girib-çıxmaq məcburiyyətində qalırıq ki, bunun nəticəsində çətinliklə qazandığımız pulun böyük qismi yol xərcinə gedir. Mən 3 uşaq oxuduram. Hər ay Türkiyəyə bir dəfə girib-çıxanda uşaqlarımın təhsilinə ayırdığım pulu yola vermək məcburiyyətində qalıram. Naxçıvanın Türkiyədən başqa heç bir yerə çıxışı yoxdur. Türkiyə hökumətindən bunu nəzərə almasını və Naxçıvanda anadan olmuş Azərbaycan vətəndaşlarının ölkədə qalmaq haqqını ən azı 6 aya çıxarmasını xahiş edirik. Əcnəbilərə işləmək üçün icazə demək olar ki, verilmir. Biz burada hamballıq edirik. İşləmək üçün icazəni necə ala bilərik?”
Başqa bir nəqliyyat şirkətində işləyən Asəf Quliyev adlı Azərbaycan vətəndaşı isə deyib ki, bir çox soydaşımızın ayda bir dəfə ölkəyə girib-çıxmaq imkanı olmadığına görə 1 aylıq müddət dolur və bu şəxslər illərlə Naxçıvana gedə bilmir: “Adamlar burada zirzəmilərdə yaşayır, kommunal şərait pisdir. Bir çox ailə uşağını rəsmi şəkildə məktəbə göndərə bilmir. Adını rəsmi şəkildə yazdırmayanlar isə diplom almaqda çətinlik çəkir. Vəziyyət həddən artıq ağırdır. Türkiyə hökumətindən xahiş edirik ki, strateji əhəmiyyətli yer olan Naxçıvandan buraya gələnlərin ölkədə qalmaq müddətini minimum 6 aya çıxarsın”.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi bu ilin iyul ayında qəbul etdiyi qərarla Azərbaycan vətəndaşlarının ölkədə vizasız qalması üçün müddəti pul ödəmədən 1 ay olaraq müəyyənləşdirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR