Bank Of Baku

Mstislav Rostropoviçin həyat yoldaşı və qızı Azərbaycanda səfərdədir

Mstislav Rostropoviçin həyat yoldaşı və qızı Azərbaycanda səfərdədir
# 24 sentyabr 2007 15:25 (UTC +04:00)
“Vişnevskaya Rostropovi甝 Fondunun nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Fondun Azərbaycan üzrə direktoru Soltan Məmmədovun APA-ya verdiyi məlumata görə, nümayəndə heyəti bu gün səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb. Görüşdə nazir Azərbaycanın bu təşkilatla sıx əməkdaşlıq etdiyini, bundan sonra əməkdaşlığı daha da genişləndirəcəklərini söyləyib.
Qeyd edək ki, nümayəndə heyətində Mstislav Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya və qızı Yelena Rostropoviç də təmsil olunub. Sentyabrın 26-dək davam edəcək səfər müddətində qonaqlar fondun Azərbaycan hökuməti ilə əməkdaşlıq məsələlərini müzakirə edəcək, Bakının bir necə poliklinikasında peyvəndləmə proqramı ilə tanış olacaqlar. Nümayəndə heyətinin Sabirabaddakı köçkün düşərgələrinə səfəri də gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR