Bank Of Baku

Milli Teleradio Şurasının sədri: “Rusiyanın Azərbaycana təqdim etdiyi texniki müqavilə layihəsinin şərtləri bizi qane etmir”

Milli Teleradio Şurasının sədri: “Rusiyanın Azərbaycana təqdim etdiyi texniki müqavilə layihəsinin şərtləri bizi qane etmir”
# 25 sentyabr 2007 08:24 (UTC +04:00)
MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycana təqdim etdiyi texniki müqavilə layihəsində yalnız RTR-in Azərbaycanda yayımlanması ilə bağlı texniki məsələlər öz əksini tapıb: “Çox təəssüf ki, burada Azərbaycan televiziyasının Rusiyada yayımlanması ilə bağlı məqamlar əksini tapmayıb. Orada qeyd olunmayıb ki, Azərbaycan televiziyası Rusiyanın hansı ərazisində və nə zamandan yayıma başlayacaq. Bizi isə maraqlandıran əsas məsələ budur”.
N. Məhərrəmli deyib ki, MTRŞ öz mövqeyini rəsmi şəkildə müvafiq qurumlara təqdim edəcək: “Bizə təqdim olunan texniki müqavilə layihəsi ilə bağlı rəy istənilib, biz də rəyi Nazirlər Kabinetinə təqdim edəcəyik. Orada qeyd edəcəyik ki, iki ölkə arasında bağlanacaq texniki müqavilə müvəqqəti xarakter daşımalı, yəni 1 illik olmalıdır. Müqavilədə Azərbaycanla Rusiya bərabər şərtlərlə əməkdaşlıq etməlidirlər. Rusiya kanalının ölkəmizdə yayımını Azərbaycan, bizim kanalın həmin ölkədə yayımını isə Rusiya öz öhdəsinə götürülməlidir. Mübahisəli məqamlar isə beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”.
Qeyd edək ki, Azərbaycanın teleradio yayımçılarının proqramlarının Rusiya ərazisində, Rusiya teleradio yayımçılarının proqramlarının isə Azərbaycanda yayımının qayda və şərtlərinə dair iki ölkənin hökumətlərarası saziş layihəsi üzərində iş başa çatdırılıb. Saziş layihəsini hazırlayan İşçi Qrupların bu il iyulun 23-də Bakıda keçirilən görüşündə əldə olunan razılaşmaya əsasən texniki müqavilə ilə bağlı Moskvada növbəti görüş keçirilməli, müqavilənin imzalanması müzakirə olunmalı idi. Qeyd edək ki, sözügedən saziş layihəsində RTR-in Azərbaycanda, Az.TV-nin isə Rusiyada yayımının paritet əsaslarda aparılması məsələsi əksini tapıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR