Bank Of Baku

“Hamiləliyin planlaşdırılması Vaxtını düz seçin!” devizi altında “NAR” Milli Media Kampaniyasına start verilib

“Hamiləliyin planlaşdırılması  Vaxtını düz seçin!” devizi altında “NAR” Milli Media Kampaniyasına start verilib
# 25 sentyabr 2007 13:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə bildirilib ki, “NAR” Kampaniyası USAİD tərəfindən maliyyələşdirilən 5 illik ACQUİİRE/Azərbaycan reproduktiv sağlamlıq və ailə planlaşdırılması layihəsinin bir hissəsidir. Kampaniyanın məqsədi müasir kontraseptivlərin hamiləliyin planlaşdırılmasının ən sağlam yolu olduğu haqqında ictimaiyyəti məlumatlandırmaqdır.
Tədbirdə çıxış edən Azərbaycan səhiyyə nazirinin müavini Sənan Kərimov bildirib ki, regionlarda müasir tipli 8 tibb mərkəzi tikiləcək. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi ailə, qadın və uşaq sağlamlığı sahəsində keçirilən layihələrdən məmnun olduğunu vurğulayıb. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR