Bank Of Baku

Azərbaycanda ixtisaslı kadr çatışmazlığı problemi mövcuddur

Azərbaycanda ixtisaslı kadr çatışmazlığı problemi mövcuddur
# 25 sentyabr 2007 12:17 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, ƏƏSMN-nin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli bildirib ki, hazırda məşğulluq xidməti orqanları ilə işəgötürənlər arasında əlaqə çox zəifdir. O qeyd edib ki, bu orqanlar öz fəaliyyətlərində dönüş yaratmaq istəyir və artıq bu prosesə başlayıb. A.Bədəlbəyli gələn ildən məşğulluq xidməti orqanlarında yeni texnologiyaların tətbiqinə keçəcəklərini də söyləyib. Onun sözlərinə görə, yeni texnologiyaların tətbiqi məqsədi ilə artıq Bakıda iki pilot rayon seçilib.
Sumqayıt şəhər Əmək və Məşğulluq Mərkəzinin direktoru Şəfa Əliyev isə bu şəhərin böyük əmək potensialının olduğunu qeyd edib. Son 1 ildə aparılan tədbirlərin nəticəsində Sumqayıtda işaxtaranların sayı 30 min nəfərdən 23 min nəfərə enib: “Onların arasında ixtisaslı kadrlar çoxdur. Təəssüf ki, peşə hazırlığı ilə tam məşğul ola bilmirik. Bu da yəqin ki, işaxtaranlar arasında ixtisaslı kadrların çox olmasından irəli gəlir”.
“Xəzər” Açıq Səhmdar Cəmiyyətinin sədri Qüdrət Kərimov isə lazım olan ixtisaslı kadrların tapılmamasından gileylənib: “Çox ciddi narahatlıq doğuran ixtisaslaşma məsələsidir. İşsizlik var, amma işçi lazım olanda lazımi işçi tapılmır”. A.Bədəlbəyli isə tədbirdə iştirak edən işəgötürənlərə ixtisasartırma ilə bağlı təkliflərini onlara təqdim etməyi məsləhət görüb: “Biz yeni modul sistemi əsasında 2-3 aya ixtisaslı kadrlar hazırlayırıq. Sizin işçiləriniz üçün peşə hazırlığı, ixtisasartırma kursları təşkil edə bilərik. Bunu hətta onları işdən ayırmadan da etmək mümkündür”. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR