Bank Of Baku

Oktyabrda Bakıda gənclər üçün xüsusi əmək yarmarkası keçiriləcək

Oktyabrda Bakıda gənclər üçün xüsusi əmək yarmarkası keçiriləcək
# 25 sentyabr 2007 13:41 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın ortalarında Bakıda gənclər üçün xüsusi əmək yarmarkası keçirəcək.
APA-Economics”in məlumatına görə, nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli bildirib ki, məlumatlandırma məqsədilə keçirilən tədbirə iştirak üçün gənclər dəvət olunur. Yarmarkanın keçirilməsində məqsəd gəncləri, xüsusilə də ali məktəb tələbələrini həm işlə təmin etmək, həm də onları ixtisasları üzrə fəaliyyət göstərən müəssisələrlə tanış etməkdir.
A.Bədəlbəyli bildirib ki, ali məktəb tələbələri hələ təhsil aldıqları vaxt onun ixtisasına uyğun olan müəssisələrlə tanış olmalıdır. Bu baxımdan həmin yarmarkanın keçirilməsi əhəmiyyət kəsb edəcək. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR