Bank Of Baku

“Uşaq müdafiə sisteminin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib

“Uşaq müdafiə sisteminin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib
# 25 sentyabr 2007 13:42 (UTC +04:00)
Azərbaycanda 49 min uşaq əlildir, hər il əlil uşaqların sayı 9 min nəfər artır. APA-nın xəbərinə görə, bu məlumat Uşaq Hüquqları üzrə QHT Alyansının Ombudsman Aparatı ilə birgə təşkil etdiyi “Uşaq müdafiə sisteminin təkmilləşdirilməsi” mövzusunda keçirilən tədbirdə səslənib. Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov bildirib ki, statistikaya görə, uşaqlara qarşı zorakılıq halları ilbəil artır. Onun sözlərinə görə, hər il 4 min 500 uşağa qarşı hüquqpozmalar olur. İldə təxminən 50 uşaq azadlıqdan məhrum edilir, Bakı şəhərində isə hazırda 2 min uşaq küçələrdə işləyir. Tədbirdə qeyd olunub ki, Azərbaycanda uşaq müdafiə sisteminin mövcud durumu uşaqların müdafiəsinin tam şəkildə həyata keçirilməsinə imkan vermir. Bu səbəbdən QHT Alyansı vəziyyətin müsbətə doğru dəyişməsi, problemlərin aradan qaldırılması üçün vahid Uşaq Müdafiə Agentliyinin yaradılması təklifi ilə çıxış edib. Bu və başqa təkliflər Milli Məclisə və hökumətə təqdim olunub. Tədbirdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının müşaviri Teymur Məlikaslanov, Uşaq Hüquqları üzrə QHT Alyansının nümayəndəsi Dadaş Əhmədov, Gənc Hüquqşünaslar Birliyinin nümayəndəsi Elmar Məmişov uşaq hüquqları sahəsində mövcud vəziyyətlə bağlı çıxış edib, təkliflərini səsləndiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR