Bank Of Baku

“Teleradio”nun yeni direktoru struktur və kadr islahatları aparmağı planlaşdırırmır

“Teleradio”nun yeni direktoru struktur və kadr islahatları aparmağı planlaşdırırmır
# 25 sentyabr 2007 14:33 (UTC +04:00)
“Yeni təyin olunmuş direktor kimi “Teleradio”da struktur dəyişikləri aparmağı planlaşdırmıram”. Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin yeni baş direktoru Əflatun Şərifov bildirib.
Baş direktorun sözlərinə görə, işçilərinin ixtisas səviyyəsi onu razı saldığından, onların heç birini vəzifəsindən azad etməyi və ya başqa vəzifəyə keçirməyi nəzərdə tutmur: “Gələcəkdə hansı dəyişiklərin olacağını isə vaxt göstərər. Ancaq hazırda teleradio yayımı ilə məşğul olanların işi məni qane edir. Onların hamısının ixtisas səviyyəsi yüksəkdir”.
Qeyd edək ki, ötən həftənin ortalarında “Teleradio”nun baş direktoru İlham Əhədov vəzifəsindən azad edilib, onun yerinə isə müavini Əflatun Şərifov təyin olunub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR