Bank Of Baku

Azərbaycanda “Daşınmaz əmlakın kadastrı Layihəsi” üzrə qiymətləndirmə missiyası Mehdiabad olub

Azərbaycanda “Daşınmaz əmlakın kadastrı Layihəsi” üzrə qiymətləndirmə missiyası Mehdiabad olub
# 25 sentyabr 2007 15:40 (UTC +04:00)
Almaniyanın KfW bankının dəstəyi ilə Azərbaycanda icra ediləcək “Daşınmaz əmlakın kadastrı Layihəsi” üzrə qiymətləndirmə missiyasının üzvləri bu gün Mehdiabad bələdiyyəsində görüş keçiriblər. Bu barədə “APA-Economics”ə Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən məlumat verilib.
Azərbaycan bələdiyyələrinin fəaliyyəti ilə tanışlıq xarakteri daşıyan görüşdə qonaqlara ölkəmizdə yerli özünüidarəetmə orqanlarının yaranması və inkişaf tarixi barədə geniş məlumat verilib. “Daşınmaz əmlakın kadastrı Layihəsi” çərçivəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə bələdiyyələr arasında əməkdaşlıq əlaqələrinin perspektivinə diqqət yetirilib. Görüşdə qarşılıqlı maraq doğuran bu və ya digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR