Bank Of Baku

BMT-nin baş katibi Beynəlxalq Ahıllar Günü ilə bağlı müraciət yayıb

BMT-nin baş katibi Beynəlxalq Ahıllar Günü ilə bağlı müraciət yayıb
# 27 sentyabr 2007 12:31 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, narahatlıq doğuran statistikaya əsasən dünya əhalisinin təxminən 80 faizi ahıl yaşlarında sosial müdafiədən kənarda qalır: “Davamlı pensiya proqramları və yeni sosial müdafiə tədbirləri vasitəsilə sayı artmaqda olan yaşlı insanlara iqtisadi yardım göstərilməsi yollarının axtarışı, xüsusən də inkişaf etməkdə olan ölkələr üçün olduqca mürəkkəb bir vəzifədir”.
Müraciətdə qeyd olunur ki, ahılların hüquqlarının qorunması və demokratiyanın inkişaf etdirilməsi ilə bərabər yaşlı insanların sosial və iqtisadi inkişafdakı rolu Yaşlanma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının əsas tərkib hissəsidir: “Bu il biz Madrid Planının qəbul edilməsinin 5-ci ildönümünü qeyd edir və ilk dəfə olaraq onu yenidən nəzərdən keçirərək qiymətləndirmə prosesinə başlayırıq. Builki Beynəlxalq Ahıllar Günü Minilliyin İnkişaf Məqsədləri və BMT-nin inkişafla bağlı daha geniş gündəliyinə uyğun olaraq Madrid Planının həyata keçirilməsindəki irəliləyişlər barədə bütün maraqlı tərəflər arasında müzakirələri stimullaşdırmaq üçün bir fürsətdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR