Bank Of Baku

“Gənc liderlər klubları ümumrespublika şəbəkəsi” adlı layihənin təqdimatı keçirilib

“Gənc liderlər klubları ümumrespublika şəbəkəsi” adlı layihənin təqdimatı keçirilib
# 27 sentyabr 2007 12:57 (UTC +04:00)
Azərbaycan Avro-Atlantika Təşkilatı “Gənc liderlər klubları ümumrespublika şəbəkəsi” adlı layihənin təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, təşkilatın sədri Ziya Qazıyev bildirib ki, 5 ay müddətində keçirilməsi planlaşdırılan layihə çərçivəsində seçilən 8 gəncə liderlik, idarəçiliyin əsas xüsusiyyətləri və onun inkişafı, təlimçilik şərtləri, müşahidə qabiliyyəti, təşəbbüsün inkişafı və layihə idarəetməsi haqqında biliklərin çatdırılması ilə bağlı təlimlər keçiləcək. Layihədə ölkənin 5 regionuna (Sumqayıt, Gəncə, Lənkəran, Şəki və Quba) Avro-Atlantik dəyərlər, həmçinin, demokratiya institutları, cəmiyyətin siyasi həyatında və vətəndaş cəmiyyətinin inkişafında fəal iştirak barədə geniş biliklər aşılanacaq. Layihə 2008-ci ilin yanvar ayında başa çatacaq. Norveçin Azərbaycandakı səfirliyinin nümayəndəsi Rikardo Şarborq belə layihələrin keçirilməsinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR