Bank Of Baku

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı üçün yeni sexlər istifadəyə verilib

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı üçün yeni sexlər istifadəyə verilib
# 28 sentyabr 2007 09:05 (UTC +04:00)
Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı üçün yeni sexlər istifadəyə verilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, “Ləzzət Qida Sənaye” MMC-nin tərkibində yaradılan yeni sexlərdə məhsulların təmizlənməsi, çeşidlənməsi, qovurulması və paketlənməsi həyata keçiriləcək. Cəmiyyətin direktoru, sahibkar Teymur Rzayevin sözlərinə görə, bununla bağlı yeni avadanlıqlar gətirilərək işə salınıb: “Müəssisədə avtomatlaşdırılmış istehsal prosesi 10 ton məhsulun təmizlənməsinə və çeşidlənməsinə, 4-4,5 ton məhsulun qovurulmasına, 3-3,5 ton məhsulun paketlənməsinə imkan verir. Sexlərin fəaliyyətinin yerli xammal əsasında fəaliyyəti nəzərdə tutmuşuq. İlkin mərhələdə müəssisədə 16 adda 33 çeşiddə məhsul istehsal olunacaq. Sexlərin istifadəyə verilməsinə isə 698 min manat vəsait sərf olunub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR