Bank Of Baku

Avrasiya Fondunun Azərbaycan nümayəndəliyi “Bələdiyyə idarəçiliyi və büdcə şəffaflığı” mövzusunda növbəti tədbirini keçirib

Avrasiya Fondunun Azərbaycan nümayəndəliyi “Bələdiyyə idarəçiliyi və büdcə şəffaflığı” mövzusunda növbəti tədbirini keçirib
# 28 sentyabr 2007 09:11 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Bələdiyyə idarəçiliyi və büdcə şəffaflığı” proqramını həyata keçirən Avrasiya Fondunun Azərbaycan nümayəndəliyi bu gün növbəti tədbirini keçirib. APA-nın məlumatına görə, tədbirdə Avrasiya Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Camal Şahverdiyev bu proqramın bələdiyyələrin potensialının gücləndirilməsinə, onların institusional və təşkilati əsaslarının möhkəmləndirilməsinə yönəldiyini bildirib: “Proqramın əsas komponentlərindən birini Azərbaycan bələdiyyələrinin fəaliyyətinin səmərəliliyini və inkişaf səviyyəsini qiymətləndirməyə imkan verən inkişaf indikatorları sisteminin hazırlanması təşkil edir. Bu fəaliyyət indikatorları bələdiyyə planlaşdırmasına sistematik yanaşmanı təmin edəcək və yerli idarəetmə orqanları işçilərinin professional inkişafı üçün zəruri olan istiqamətləri müəyyənləşdirəcək”. Onun sözlərinə görə, hazırda indikatorlar sisteminin kompüter proqramlaşdırılması və onun pilot bələdiyyələrdə tətbiqi imkanlarının araşdırılması istiqamətində iş aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR