Bank Of Baku

Oqtay Şirəliyev: “Bərdədə qarayara xəstəliyi ilə əlaqədar laborator tədqiqatlar aparılır”

Oqtay Şirəliyev: “Bərdədə qarayara xəstəliyi ilə əlaqədar laborator tədqiqatlar aparılır”
# 28 sentyabr 2007 11:05 (UTC +04:00)
Qarayara xəstəliyi şübhəsi ilə bağlı Bərdəyə mütəxəssislər gedib. Laborator tədqiqatlar aparılır, hələlik müəyyən bir nəticə yoxdur. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib. Qabaqlayıcı profilaktik tədbirlər görülməsinə dair sualı cavablandıran nazir deyib ki, bu xəstəlik əsasən heyvanlarda olur: “Baytarlıq Xidməti bizə xəbər verib ki, 100 faiz bütün mal-qaranı vaksin ediblər. Bəzən təsadüfi hal olur, amma hələlik dəqiq məlumat yoxdur”.
Qeyd edək ki, sentyabrın 26-da Bərdədə bir ailənin 5 üzvü qarayara xəstəliyinə yoluxmaq ehtimalı ilə xəstəxanaya yerləşdirilib. Xəstəlik əsasən Bərdənin Ləmbəran kəndi yaxınlığındakı qış yataqlarında məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkünlər arasında yayılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR