Bank Of Baku

Bu il Azərbaycanda qeydə alınmış torpaq qanunvericiliyinin pozulması faktlarının 60%-i bələdiyyələrin payına düşür

Bu il Azərbaycanda qeydə alınmış torpaq qanunvericiliyinin pozulması faktlarının 60%-i bələdiyyələrin payına düşür
# 28 sentyabr 2007 11:07 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Digər pozuntuların 603-nün dövlət torpaqlarında, 300-nün isə xüsusi mülkiyyətdə baş verdiyini bildirən Q.Məmmədov rəhbərlik etdiyi komitənin mütəxəsislərinin işə qarışmasından sonra bunlardan 1700-dən çoxunun qarşısı alındığını vurğulayıb. Pozuntu faktlarının 101-i üzrə sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib, 300-ü üzrə isə cərimələr tətbiq olunub. Bu cərimələr nəticəsində dövlət büdcəsinə 40 min manat vəsait daxil olub.
Komitə sədri hazırda Azərbaycanda 2744 bələdiyyənin olduğunu deyib. Bu günə qədər cəmi 52 bələdiyyənin hüdudlarını göstərə bilmədiklərini qeyd edən Q.Məmmədov bunlardan 23-nün yeni yaradılmış bələdiyyələr, 14-nün dövlət mülkiyyətində - meşə fondu torpaqlarının, qış otlaqlarında yerləşən kəndlərdə yaradılmış bələdiyyələr olduğunu bildirib. Komitə sədrinin sözlərinə görə, həm meşə, həm qışlaq dövlət fondu olduğundan burada islahatlar getmir, orada yaşayanlara da torpaq verilmir. Həmçinin, 8 bələdiyyə işğal olunmuş ərazilərlə üzbəüz, 7 bələdiyyə arasında isə mübahisə olduğundan onların xəritələrini hazırlamaq mümkün olmayıb.
Q.Məmmədov mətbuat konfransında həyətyanı sahələrlə bağlı duruma da aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda cəmi 250 min həyətyanı torpaq sahələri var ki, bu da 3,5 mln. subyekti əhatə edir: “Hələ 1990-91-ci illərdə ölkədə hərc-mərclik olan zaman dövlət torpaqlarının 50 min hektarı müəyyən insanlar tərəfindən zəbt olunub. İndi onları dəqiqləşdiririk, yeni sahibini müəyyən edirik və torpağın hər bir qarışı müasir vasitələrlə müəyyənləşir. Azərbaycan aztorpaqlı ölkədir, adambaşına 0,18 hektar torpaq sahəsi düşür. İşğal olunan əraziləri də nəzərə aldıqda bir qədər də azalır. Ona görə də torpağı qorumaq üçün prezidlent sərəncamına uyğun olaraq torpaqları zəbt olunmaqdan, zəhərli və zərərli maddələrlə çirkləndirilməsindən qorumaq üçün müvafiq addımlar atılır”. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR