Bank Of Baku

Neftçalanın Cəngən kəndinə üç aydır su verilmir

Neftçalanın Cəngən kəndinə üç aydır su verilmir
# 29 sentyabr 2007 11:50 (UTC +04:00)
Üç aydan artıqdır ki, Neftçala rayonunun Cəngən kəndinə içməli və suvarma suyu verilmir. Bu barədə APA-ya rayon sakini Əlirza Rzayev məlumat verib. Onun sözlərinə görə, kənd sakinləri problemin həlli üçün rayonun bütün aidiyyəti orqanlarına müraciət etsələr də, məsələ həllini tapmayıb. Ə. Rzayev əhalinin məcburən “kaçalka” suyu içdiyini, amma bunun təhlükəli olduğunu deyib: “Həmin suda müxtəlif bakteriyalar var. Ötən il də kənddə eyni problem yaranmışdı və həmin sudan istifadəyə görə mən və həyat yoldaşım malyariya xəstəliyinə tutulmuşduq”. Ə. Rzayev kənd əhalisinin ölkə prezidentinə müraciət edəcəyini bildirib.
Neftçala rayon İcra Hakimiyyətinin ərazi icra nümayəndəsi Əmənulla Ələkbərov APA-ya açıqlamasında Cəngən kəndində su probleminin olduğunu etiraf edib. Onun sözlərinə görə, kəndə su Kür çayından verilir və nasosların biri sıradan çıxdığı üçün əhali susuz qalıb: “Amma ehtiyat nasos var və biz su idarəsinin regional şöbəsinə müraciət etmişik. Yaxın vaxtlarda həmin nasosu işə salacaqlarını bildiriblər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR