Bank Of Baku

Dövlət Əmək Müfəttişliyinin apardığı yoxlamalar nəticəsində Bakıda 6 şirkətin tikdiyi binanın inşası dayandırılıb

Dövlət Əmək Müfəttişliyinin apardığı yoxlamalar nəticəsində Bakıda 6 şirkətin tikdiyi binanın inşası dayandırılıb
# 29 sentyabr 2007 12:03 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bu sözləri Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü deyib. Onun sözlərinə görə, tikinti sektorunda aparılan araşdırmalar hər müəssisəni bir dəfə əhatə edəcək: “Ancaq bu, o demək deyil ki, hansısa müəssisədə araşdırma aparılıb, nöqsanlar aşkarlanıb, göstərişlər verildisə, onun icrasına çox səthi yanaşılacaq. Bizim marağımız odur kİ, işəgötürənlər işçilərimiz üçün normal iş şəraiti yaratsınlar”. N. Şükürlü deyib ki, məqsədləri həm tikinti sektorunda nəzarəti, həm də təbliğat işlərini həyata keçirməkdir. DƏM rəisi əlavə edib ki, əmək təhlükəsizliyi qaydalarına əməl etməyinə görə indiyədək Bakıda 6 şirkətin tikdiyi binanın inşası dayandırılıb: “Bağlanan binaların sayının çox olması bizim üçün əhəmiyyətli deyil. Bizim üçün maraqlı olan işin nəticəsidir. Verilən göstərişlərin əməl edilməməsi isə bizi bu addım atmağa-tikinti işlərini dayandırmağa vadar edir”.
/APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR