Bank Of Baku

QOROSKOP-2008

QOROSKOP-2008
# 01 oktyabr 2007 08:34 (UTC +04:00)
QOÇ



2007-ci ildə çox şey öyrənmisiniz, indi biliklərinizi təcrübədə tətbiq etmək vaxtı gəlib çatıb. İl həyati mühüm məsələlərin aydınlaşdırılması və qarşıya qoyulan məqsədlərə doğru tələsmədən hərəkət etmək üçün ideal vaxtdır. Bu, karyeraya başlamaq, xidməti pillə ilə yüksəlmək üçün çox yaxşı dövrdür. İrəliləyiş və inkişaf üçün xeyli şansınız yaranır. Bir çox nüfuzlu adamlar və ya sadəcə, işlədiyiniz firmanın rəhbərliyi sizə diqqət yetirəcək, sizin vəzifəniz isə yalnız özünü düzgün təqdim edərək ötən il ərzində öyrəndiklərinizi göstərməkdir. Bu il həmçinin böyük dəyişikliklərə start verə bilər. Əgər sizdə iş yerinizi və ya, ümumiyyətlə, fəaliyyət növünüzü dəyişməyə güclü istək yaransa, bunu cəsarətlə edə bilərsiniz. Sadəcə bütün əvvəlki təcrübənin üzərindən xətt çəkmək lazım deyil, onu maksimum təhlil edərək mütləq yeni sahədə istifadə etmək gərəkdir. İl ərzində həmçinin həyatınızda baş verəcək müxtəlif vəziyyətləri müşahidə edin. İstənilən müsbət məqam özünüzdə inkişaf etdirməli olduğunuz keyfiyyətlərə işarə edəcək, xasiyyətinizin uğursuzluq və pis hadisələrə gətirib çıxaracaq xüsusiyyətlərini aradan qaldırmağınız lazımdır. Bunu isə məhz 2008-ci il ərzində etsəniz yaxşıdır. Bu cür daxili transformasiyalar gələcək uğurlar üçün möhkəm əsas yaratmağa kömək edəcək. Karyera üçün ən əlverişli aylar yanvar və sentyabrdır.
Bu il ictimai statusunuz da dəyişə bilər. Siz şəxsi nüfuz və təsirinizi hiss edə bilərsiniz. Lakin şöhrətpərəstliyə qapılmayın, bu, 2008-ci ildə uğura aparan yolda başlıca maneələrdən biri ola bilər.
2008-ci ildə Qoçların əksəriyyəti öz səhhətinə diqqətlə yanaşmalıdır. Profilaktik müalicə və müayinələr üçün yaxşı dövr başlayır. Əgər sizi çoxdan hər hansı bir xroniki xəstəlik narahat edirsə, ona diqqət yetirərək müalicəsi ilə məşğul olmaq vaxtıdır. Planetlərin düzülüşü ən ağır xəstəliklərdən canınızı tam qurtara biləcəyinizi göstərir, bir şərtlə ki, səbir nümayiş etdirərək sizi müalicə edən həkimin göstərişlərinə dəqiq riayət edəsiniz. Noyabr ayında səhhətinizə xüsusilə diqqət yetirməlisiniz.

BUÄžA



İl seçdiyiniz istənilən sahədə yeni biliklər əldə etmək üçün idealdır, təhsil almaq, kurslara yazılmaq üçün yaxşı vaxtdır. Görüş dairənizi xeyli genişləndirə bilərsiniz ki, bu da mütləq dünyagörüşünüzə təsir göstərəcək. İstənilən uzaq səyahət və xaricə səfər zamanı bürcünüzün tipik nümayəndələrini uğur müşayiət edəcək. Başqa ölkələrdə əlaqələrinizin genişlənəcəyi, işgüzar və şəxsi tanışlıqlarınızın meydana çıxacağı istisna edilmir. Əgər siz universitetə daxil olmağı və ya başqa şəhərdə təhsil almağı planlaşdırmısınızsa, onda niyyətlərinizi gerçəkləşdirmək üçün bundan yaxşı il ola bilməz.
Bu il ərzində şəxsi həyatınız da mühüm sahəyə çevriləcək. Sevgidə və yaxın münasibətlərdə, ilk növbədə, sabitlik istəyəcəksiniz. Əgər tənhasınızsa, möhkəm və uzunmüddətli münasibətlər qurmağa çalışacaqsınız və, çox güman ki, bunu edə biləcəksiniz. İl sevgililər üçün də uğurlu olacaq. Münasibətləriniz 2007-ci ildəki kimi parlaq olmasa da, onlara daha çox sabitlik və ciddilik əlavə ediləcək. Toy haqqında, münasibətlərinizin rəsmiləşdirilməsi barədə düşüncələr daha tez-tez meydana çıxacaq. Nigahı və ya davamlı ittifaqı olan Buğalara ulduzlar körpə bəxş edə bilər. Ümumiyyətlə, il uşaqlarınız üçün uğurludur: həm onlarla münasibətləri yaxşılaşdırmaq, həm də mayalanma və dünyaya körpə gətirmək üçün.
İl yaradıcılıq potensialınızdan əməli istifadə etmək üçün də uğurludur. Qabiliyyətlərinizdən təcrübədə və ya gündəlik işinizdə necə istifadə edə biləcəyinizi qiymətləndirməyə çalışın. Öhdəliklərinizə qarşı yaradıcı münasibət onların öhdəsindən tez və asanlıqla gəlməyə kömək edəcək.
2008-ci il ərzində karyeranızda başqa adamların təsiri nəzərə çarpacaq. Aldığınız bütün təkliflər və məsləhətlərə daha diqqətlə yanaşmalısınız, çünki sizi aldatmağa cəhd olunacağı təhlükəsi artır. İntuisiyanıza etibar etməyə çalışın. Hələlik dəqiq məqsədlər və qəti müddətlər qoymağa dəyməz. Yalnız ümumi planı nəzərdə tutmağa çalışın, onda, əsasən, çevikliyiniz, eləcə də bu və ya digər məsələlərin həllinə müxtəlif yanaşmaları sınaqdan keçirməyiniz sayəsində mütləq uğur qazanacaqsınız. Karyeradakı vəziyyəti obyektiv qiymətləndirmək asan olmayacaq, amma əgər sizə uğursuzluq üz verməyə başlasa, onda səbəbi mənəviyyatınızda axtarın. Bu halda ulduzlar sizin hədsiz mənfəətpərəst olduğunuza işarə verir və dinə, mənəvi dəyərlərə üz tutmağınız, daxili aləminizi inkişaf etdirməyiniz uğuru dərhal öz yerinə qaytaracaq.

ƏKİZLƏR



Bir çox məsələlərdə bu il sabit olacaq. Ailədə, uzaq və yaxın qohumlarla münasibətlər yaxşılaşır. İl ərzində yaxın adamlarınızın köməyinə bel bağlaya, onların simasında etibarlı arxa-dayaq tapa bilərsiniz.
2008-ci ildə planetlərin düzülüşü bürcünüzün tipik nümayəndələrinin şəxsi mənzillərini almaq barədə düşünəcəklərini göstərir. Bəziləri mənzil ala biləcək, bəziləri isə tikintiyə və ya əsaslı təmirə başlayacaq. İl bu cür fəaliyyət üçün çox əlverişlidir. Yalnız noyabr ayı istisna təşkil edir, fikir verin ki, ev işləri sizi əsas işinizdən ayırmasın. Şəxsi mənzilinə çoxdan malik olan Əkizlər onun təhlükəsizliyini möhkəmləndirmək, yaxud, mənzil şəraitini bir qədər yaxşılaşdırmaq istəyəcəklər.
Kreditlə bazarlıq etmək həvəskarlarını uğur gözləyir. Bu il banklar və digər kredit təşkilatları sizə qarşı çox iltifatlı olacaq, lakin belə uğura ağılla yanaşın yalnız ciddi və vacib şeylər üçün kredit götürün. Əkizlərin çoxu bir qədər pul toplaya biləcək. İl müxtəlif investisiya növləri üçün uğurlu olacaq bankda depozitdən başlayaraq investisiya fondlarında səhm və ya payın əldə edilməsinədək. Ümumiyyətlə, başqalarının pulları, investisiya və ya kreditlərlə iş 2008-ci ildə bürcünüzün əksər nümayəndələri üçün çox uğurlu sahədir. Pula olan münasibətə yenidən baxıla bilər. “Pul pul gətirər” - bu faktı dərk edəcəksiniz. İl şəxsi biznesinizə başlamaq üçün əlverişli ola bilər.
Əkizlər intim münasibətlər sahəsində də yüksək aktivlik nümayiş etdirəcəklər. Maraqlıdır ki, istəkləriniz nəinki güclənəcək, həm də yeni fantaziyalarla təkmilləşəcək. Seksual əlaqələrə olan münasibətinizə yenidən nəzər sala bilərsiniz. Planetlərin düzülüşü bu sahəni sabitləşdirərək yolunuzu azmamağı və eyni zamanda müxtəlif partnyorlarla bir neçə intim əlaqədə olmamağı tövsiyə edir. Siz daimi tərəf-müqabilinizlə ən cəsur eksperimentləri edə bilərsiniz, amma partnyorlarınızı durmadan dəyişməyiniz sağlamlığınız üçün təhlükəli ola bilər.

XƏRÇƏNG



2008-ci il ərzində bürcünüzün tipik nümayəndələri üçün ən uğurlu sahə şəxsi münasibətlər sahəsidir. Yaxın adamlarla, işgüzar tərəfdaşlarla və ümumiyyətlə, ətrafdakıların hamısı ilə münasibətlərin keyfiyyətcə yüksəlməsi bu ilin mühüm vəzifələrindən biridir. Siz kompromis axtarmağı, münasibətlər üzərində işləməyi, həm özünüzü, həm də yaxınlarınızı xoşbəxt etməyi öyrənəcəksiniz. Bu il Xərçənglərin əksəriyyətini toy, yaxud bir müddətdən sonra toyla nəticələnəcək taleyüklü tanışlıq gözləyə bilər.
Artıq ciddi münasibətləri olan Xərçənglərin münasibətlərində transformasiya baş verə bilər. Siz bir çox məqamlara başqa cür nəzər sala bilərsiniz. Əhəmiyyətli qərarlar qəbul etməzdən əvvəl bütün vəziyyəti diqqətlə təhlil etmək, məhz nəyin sizin narazılığınıza səbəb olduğunu, münasibətlərdə nəyin düzəliş və transformasiya tələb etdiyini anlamaq lazımdır. Bütün dəyişikliklər uzunmüddətli olacaq, buna görə də bu il üçün əsas vəzifə yalnız həqiqətən nəyi dəyişmək lazım olduğunu diqqətlə təhlil etməkdən ibarətdir, onda növbəti illərdə hər şey lazımi istiqamətdə gedəcək. Münasibətlər üçün bu, çox konstruktiv dövrdür, yaxın adamınız sizi və sizin sözlərinizi ciddi qəbul edir. Bu il münasibətlərdə bir çox çətinliklərin müzakirəsi və həlli üçün, şəxsi komplekslərdən azad olmaq üçün uğurludur.
İl işgüzar tərəfdaşların axtarışı üçün də əlverişlidir, bu növ münasibətlər daha da ciddiləşəcək. Ümumiyyətlə, öz vədlərinizə ciddi yanaşmağa başlayacaq, fikirlərinizi dəqiq ifadə etməyi, işgüzar dildə ünsiyyət qurmağı öyrənəcəksiniz. 2008-ci il ərzində informasiyanı strukturlaşdırmaq, onu təsnifatlandırmaq bacarığı da köməyinizə gələcək. Hələlik belə bir vərdişiniz yoxdursa, onları təcrübədə qazana bilərsiniz.
Dostlarınızla yüngül ünsiyyətiniz isə azala bilər. Siz, əsasən, şəxsi və işgüzar münasibətlər və əlaqələrlə məşğul olacaqsınız, buna görə də yüngül ünsiyyətə, sadəcə, vaxtınız qalmaya bilər. Bir də ki, özünüz də ünsiyyətə güclü can atmayacaqsınız. Siz mətləbdən kənara çıxmamağa meyllisiniz, odur ki, vaxtınızı dedi-qodulara və ya sizə lazım olmayan informasiyaya sərf etməyəcəksiniz.

ŞİR



Bu il işləmək üçün çox yaxşı vaxtdır. Gündəlik vəzifələrinizin miqdarı xeyli arta bilər, amma öz işinizi ruh yüksəkliyi və zövqlə yerinə yetirəcəksiniz. İl ürəyinizcə olan iş tapmaq üçün uğurludur. Ümumiyyətlə, bürcünüzün tipik nümayəndələrinin əksəriyyətində işdə dəyişikliklər baş verə bilər. Əgər siz cari işinizdən razı qalmadığınızı hiss etsəniz, onu dərhal dəyişməyə tələsməyin. Əvvəlcə ümumi şəkildə deyil, çox konkret şəkildə, bəndlərlə nəyin sizi qane etmədiyini təhlil etməyə çalışın. Hətta bu cür siyahını kağız üzərində də tərtib edə bilərsiniz. Siyahının bəzi elementlərini müstəqil şəkildə asanlıqla düzəldə biləcəyinizi görəcəksiniz, qalan bəndlər isə yeni iş yerinin seçimində sizə kömək edəcək. Əgər siyahınızı tutuşdursanız, ürəyinizcə olan işi asanlıqla tapa biləcəksiniz.
İl horizontal yüksəliş üçün də uğurlu olacaq. Öz biliklərinizi və peşəkar vərdişlərinizi genişləndirin, onda özünüzü təcrübəli və hansısa mənada əvəzolunmaz əməkdaş kimi hiss edəcəksiniz.
2008-ci ilin mühüm vəzifələrindən biri şəxsi pullarınızın ağılla idarə edilməsi olacaq. Siz hər şeyi daha çox ölçüb-biçir və daha qənaətçil olursunuz, amma qənaəti də ağılla etmək lazımdır. İl gəlir və xərclərinizin sabitləşdirilməsi üçün uğurlu, pul yığmaq üçün faydalıdır. Həqiqətən faydalı və ciddi alış-veriş etmək üçün yaxşı vaxtdır. İl ərzində bəzi maliyyə bazası yaratsanız, pis olmaz. Gəliriniz o qədər də çox artmayacaq, bu il məhz sabit və daimi pul axınını təmin etmək daha vacibdir.
Planetlərin düzülüşü səhhətinizin qayğısına qalmalı olduğunuzu göstərir. Bu il ərzində istənilən müalicə və ya profilaktik prosedur çox səmərəli olacaq. Buna görə də mütləq həkim müayinəsini və ya ən azı sanatoriyada istirahət etməyi planlaşdırın. İl zərərli vərdişlərdən yaxa qurtarmaq və müxtəlif pəhrizlərə əməl etmək üçün uğurludur. Özünənəzarətin artması sayəsində artıq çəkidən asanlıqla yaxa qurtara bilərsiniz. Bu il profilaktika və müalicə üçün ən uğurlu aylar yanvar, aprel və sentyabrdır.

QIZ



Bir tərəfdən bu il ərzində daha ciddi, məsuliyyətli və intizamlı olacaqsınız. Digər tərəfdən isə il sizə xeyli xoş əyləncə gətirəcək və istənilən məsələyə yaradıcı yanaşmasanız, uğur qazanmağınız çətin olacaq. Bu, yaradıcılıq qabiliyyəti ilə praktiki təcrübənin sintezi üçün yaxşı ildir. İlin hər gününü planlaşdırarkən mütləq nəinki işi, həm də istirahəti nəzərə almasınız.
İl ərzində bürcünüzün tipik nümayəndələrini xeyli romantik tanışlıq və sevgi görüşləri gözləyir. Əks cins tərəfindən sizə qarşı diqqət xeyli artacaq. Bir neçə paralel romana başlamağa çalışmayın, əlaqələrinizin sayını artırmaq üçün deyil, onların keyfiyyətini yaxşılaşdırmaq üçün uğurlu imkanlardan istifadə edin. İl ərzində, ümumiyyətlə, romantik münasibətlərə başqa cür yanaşmağa başladığınızı görəcəksiniz. Əgər romantik görüş və ya tanışlıq zamanı xarakterinizin hansısa keyfiyyətləri uğursuzluğa gətirib çıxarırsa, bu cür vəziyyətlərə diqqət yetirin, xarakterinizin xüsusiyyətlərini təhlil edin və onlardan yaxa qurtarmağa çalışın. Bununla yanaşı, şəxsi həyatınızda sizə kömək edən müsbət tərəflərinizi də qeyd edin və onları gələcəkdə inkişaf etdirməyə çalışın.
Bürcünüzün nümayəndələrinin dünyaya uşaq gətirməsi üçün yaxşı ildir. Odur ki, cəsarətlə ailənizi genişləndirməyi planlaşdırın. Əgər uşaqlarınız artıq böyüyübsə, onlara sizin dəstəyiniz lazımdır, özü də təkcə mənəvi deyil, həm də maddi. Onlar sizin köməyinizə bel bağlaya biləcəklərini anlasalar, uşaqlarla münasibətləriniz daha da yaxşılaşacaq.
2008-ci ildə planetlərin düzülüşü özünüzə qarşı daha ciddi ola biləcəyinizi göstərir. Zərərli vərdişlərinizdən asanlıqla yaxa qurtara bilərsiniz, lakin zəhlətökən ideyalardan yaxa qurtarmağa çalışın. Əgər siz artıq çəkidən əziyyət çəkdiyinizi düşünürsünüzsə, ətrafdakılar isə belə hesab etmirlərsə, onların sizə kompliment söyləməyərək doğru danışdıqlarına əmin olun. Belə olan halda özünüzü pəhrizlərlə üzməyiniz lazım deyil, bu səhhətinizə pis təsir göstərə bilər.

TƏRƏZİ



Ailə işləri, valideynlərlə və digər ailə üzvləri ilə münasibətlər bürcünüzün tipik nümayəndələri üçün 2008-ci ilin ən vacib mövzusuna çevrilə bilər. Bu, ailə üzvlərinizlə ünsiyyətdə yol verdiyiniz səhvləri anlamaq, dərk etmək və düzəltmək üçün çox yaxşı ildir. İl ərzində başınıza gələcək hadisələr bu sahədə sizə yardımçı olacaq.
Planetlərin düzülüşü bir çox Tərəzilərin mənzil şəraitlərini yaxşılaşdıracaqlarından xəbər verir. Bu, yeni otağın tikilməsi, yaşayış sahəsinin genişləndirilməsi və ya mənzilin daha geniş mənzilə dəyişdirilməsi üçün yaxşı ildir. Siz həmçinin yeni mənzil ala və ya şəxsi evinizi tikməyə başlaya bilərsiniz. Əgər bütün bu sadalananlardan heç birini etməyə hələlik vəsaitiniz imkan vermirsə, məhz mənzil şəraitinizi yaxşılaşdırmaq üçün pul yığmağa çalışın. Gəlirinizin göz qarşısında artdığını görəcəksiniz.
İstənilən halda, mənzil şəraitinizdə dəyişiklik baş verə bilər. Hətta evinizdən köçməsəniz də, mütləq evinizin içindəki şəraiti, mebelin yerini dəyişmək və ya interyeri təzələmək istəyəcəksiniz. 2008-ci il istənilən bərpa işləri üçün uğurludur.
2008-ci il ərzində bürcünüzün tipik nümayəndələri ünsiyyətə daha az can atacaq. Həm tənhalığa can ata, həm də şəxsi tənhalığınızı hiss edə bilərsiniz. Sizə elə gələ bilər ki, hətta insanların əhatəsində də tənhasınız. Belə problemi həll etmək üçün bir qədər emosional vəziyyətinizə “baş vurmağa” çalışın, beləliklə, siz bu cür hissiyyatların yaranma səbəbini anlaya bilərsiniz. Səbəb isə sadəcə ünsiyyətdən yorulma və dincəlmək zərurəti olacaq. Ən yaxşı istirahət üsulu bir müddət ünsiyyətdən imtina etməkdir. İl ərzində əhval-ruhiyyənin bu cür yaxşılaşdırılma üsullarını vaxtaşırı tətbiq etmək lazımdır, onda tənhalıq hissi sizi tərk edəcək. Bu il planetlərin düzülüşü həmçinin özünütəhlil imkanlarının yarandığına işarə edir. Bu zaman özünütəhlili sistemli keçirmək lazımdır. Siz komplekslərinizdən yaxa qurtarmaq üçün mütəxəssislərin köməyindən istifadə edə bilərsiniz. Amma öz üzərinizdə vaxtaşırı deyil, müntəzəm çalışmalısınız.

ƏQRƏB



İl ünsiyyət, yeni əlaqələrin və tanışlıqların qurulması ilə çox zəngin olacaq. Nəinki xeyli ünsiyyət qurmağa, həm də daha çox informasiya əldə etməyə başladığınızı görəcəksiniz. Belə bir faktı da sezə bilərsiniz ki, ünsiyyət, çox zaman isə lazımsız dedi-qodu və söhbətlər, demək olar, bütün boş vaxtınızı alır, halbuki həmin müddəti daha səmərəli işə sərf edə bilərsiniz. Məhz buna görə ətrafdakılarla ünsiyyətinizdə çox ciddi dəyişikliklər baş verməlidir. Birincisi, onlarla ünsiyyətin sizin üçün ən azı xoşagələn və faydalı olduğu insanları seçməlisiniz, ikincisi isə, qalanlara “yox” deməyi öyrənməlisiniz. Qeyd etmək lazımdır ki, bu dəyişikliklər üçün sizin vaxtınız var və hər şey dərhal baş verməyəcək, çox güman ki, yalnız ilin sonu üçün ünsiyyətdə dəyişiklik baş verdiyini dərk edəcəksiniz. Lakin, digər tərəfdən, bu transformasiyalara nə qədər tez başlasanız və sizi əhatə edənlərlə ünsiyyət sistemini yenidən qursanız, il bir o qədər uğurlu olacaq.
Daxil olan informasiyanı da süzgəcdən keçirmək lazımdır ki, yüklənməyəsiniz. Bu, şəxsi vədlərinizə də aiddir: öz imkanlarınızı real qiymətləndirməyə çalışın, boşboğazlıq etməyin, boş vədlər də verməyin.
Əlaqələrin sayının artmasına baxmayaraq, yeni ildə əsl dost tapmaya bilərsiniz. Hətta həqiqi dostlardan ibarət dairəniz daralacaq, çünki dostluğa olan münasibət xeyli ciddiləşəcək. Bir neçə yeni əsl dostunuzun meydana çıxacağı istisna edilmir, lakin bu, artıq kəsilən dostluq əlaqələrinin əvəzinə baş verəcək. Bu il dostlara daha ciddi yanaşmaq və həddən çox vaxtınızı alan, əvəzində isə sizə çox az şey verən bəzi əlaqələri şüurlu şəkildə pozmaq gərəkdir. Sizə planlarınızı konstruktiv şəkildə müzakirə etmək, faydalı və əlverişli məsləhət almaq üçün ciddi həmfikirlər lazımdır. Planlarınız isə bu il kifayət qədər olacaq, onların ciddi, sərfəli tədqiqi və hərtərəfli təhlili ilə yanaşı sistemləşdirilməsi çox zəruri olacaq. Etibarlı dostların və şəriklərin köməyilə bu vəzifənin öhdəsindən gəlmək xeyli asanlaşacaq.

OXATAN



2008-ci il ərzində gəlir və mənfəətiniz artmalıdır. Hər halda ulduzlar maliyyə məsələlərində uğurunuzu artıracaq. Məhz buna görə, il qazanc və iri bazarlıq üçün münasibdir. Gəlirinizdəki dəyişikliklər sizin pula olan münasibətinizi də dəyişə bilər. Əgər il ərzində artan gəlir sizdə lovğalıq, şöhrətpərəstlik hisləri doğursa, hətta özünüzdən daha az təminatlı adamlara yuxarıdan aşağı baxmağa başlasanız, onda yığdığınız pullar dərhal əlinizdən çıxa bilər. Odur ki, özünüzün dəyərlər sisteminə yenidən nəzər salmağınız vacibdir. Dərhal baş verməsə də, həmin dəyişikliklər zəruridir.
İl ərzində pul beyninizdən çıxmayan ideyaya çevrilə bilər. Amma onların özlərinin sizin əlinizə gələcəyini gözləməyin, gəliri artırmaq üçün təkcə uğur kifayət deyil, çoxlu işləmək gərəkdir. Ağılla risq edəcəyiniz və iri investisiyalar qoyacağınız mümkündür, hədsiz risk isə tam iflasa gətirib çıxara bilər. Öz imkanlarınızı real qiymətləndirməyə çalışın, çünki üzərinizə hədsiz çox iş götürərək verdiyiniz vədlərdə ilişib qala bilərsiniz. İşə bir təkliflə başlayın və yalnız onu başa çatdırdıqdan sonra başqasına keçin. Əgər siz eyni vaxtda müxtəlif yerlərdə və ya layihələrdə qazanmağa cəhd göstərsəniz, özünüzü yükləyərək, sadəcə, müxtəlif işlərin arasında qalacaq və onların heç birindən əsl gəlir əldə edə bilməyəcəksiniz.
İlk karyera üçün də uğurludur. O xüsusilə dövlət müəssisələrində çalışan Oxatanlar üçün əlverişli olacaq. Bürcünüzün belə nümayəndələrini karyera pilləsində yüksəliş gözləyə bilər. Bu il bütün Oxatanlar üçün karyerada əsas qayda düzlük olacaq. Sizin bütün səyləriniz gözə çarpacaq, lakin rəhbərliyin dərhal reaksiya verəcəyini gözləməyin. Yüksək qiymət qazanmaq üçün çox işləməli olacaqsınız, lakin əməyinizə görə mütləq mükafatlandırılacaqsınız.
Bu halda o qədər də tez uğur qazanmayacaqsınız, lakin nail olduğunuz mövqeləri uzun müddət saxlaya biləcəksiniz. Kayerada istənilən intriqadan qaçın, yalnız şəffaflıq, aydınlıq və düzlülü əldə rəhbər tutun. Yalan və ya düzgün olmayan oyunun üstü açılacaq və bu, xoşagəlməzliklərə gətirib çıxara bilər.

OÄžLAQ



2008-ci il sizin üçün bir çox fəaliyyət sahələrində uğurlu olacaq. Bu, ilk növbədə, sizdə şəxsi inkişafa və təkmilləşməyə güclü istək yaranacağı ilə bağlıdır. Nikbin əhval-ruhiyyə sizi, demək olar, bütün il ərzində tərk etməyəcək və bu, 2008-ci ili çox əlverişli il kimi yadda saxlamağa kömək edəcək.
Bu il həmçinin güclü şəxsi transformasiyalar ilidir. Bütün bu müddət ərzində imicinizi dəyişmək istəyəcəyiniz istisna edilmir. Xasiyyətinizdə ciddi dəyişikliklər baş verəcək. Siz sahib olduğunuz hakimiyyəti və ya hakimiyyətə malik olmaq səyinizi anlaya bilərsiniz. Başqalarını idarə edə bilərsiniz, lakin bu zaman kiminsə sizin mövqeyinizə iddia etdiyini sezə bilərsiniz. Bu il göz qarşısında olacaqsınız, odur ki, yenidən kölgəyə çəkilmək arzusu müsbət nəticələrə gətirməyəcək. Əgər geri çəkilməyə cəhd etsəniz, sizi təqib edə bilərlər. Şəxsi tələbatlarınızı dərindən tədqiq etməyə can atmağınız həyatınıza daxil olan informasiyanı çeşidləməkdə sizə kömək edəcək. Nə baş verdiyini təhlil etdikdən sonra qazandığınız müsbət təcrübə elə keyfiyyətlərinizi işıqlandıracaq ki, məhz onlara əsaslanmalısınız. Mənfi təcrübə isə xarakterinizin elə tərəflərini göstərəcək ki, onları dəyişməli və ya aradan qaldırılmalısınız.
Özünənəzarətə can atma da 2008-ci ilin mühüm mövzularındandır. Müxtəlif diyetalardan çəkinin, çünki bu il ərzində onlar beyindən çıxmayan ideyaya çevrilə bilər. Bu səbəbdən əgər nəsə buna bənzər bir şeyin baş verməyə başladığını hiss etsəniz, ya öz üzərinizdə işləyin (psixoloji planda), ya da mütəxəssisə (psixoloqa və ya astroloqa) müraciət edin. Zərərli vərdişlərdən və müxtəlif zərərli meyllərdən yaxa qurtarmaq üçün bu il çox əlverişlidir. Siz çox iradəli insana çevrilirsiniz ki, bu da asılılıqların öhdəsindən gəlməyə kömək edir.
Dünyagörüşünüzdə də dəyişikliklər baş verəcək. Həyata baxışlarınız daha da ciddiləşir, müəyyən sistem halına düşür. Buna əldə edilən yeni biliklər də, informasiyanı sistemləşdirmək istəyi də kömək edir. İndi hər şeyi dəlil-sübutsuz inamla qəbul etmirsiniz, sizə əməli sübut da lazımdır.
İl bütövlükdə təhsil almaq üçün uğurludur (təkcə noyabr ayı istisna təşkil edə bilər). Xaricə işgüzar səfərlər və ya əcnəbilərlə işgüzar münasibətlərin qurulması gəlirinizin artmasına gətirib çıxara bilər.

DOLÇA



Bu il bir qədər kölgəyə çəkilməli, ətrafdakıların nəzərinə çarpmayan fəaliyyət göstərməli, kütlənin arasından o qədər də seçilməməyə çalışmalısınız. Əsas hadisələr daxili aləminizdə baş verəcək. Tez-tez ruh haqqında düşünəcəksiniz. Bəzən tənhalıq hissi sizi üzsə də, səs-küylü kompaniyalar ürəyinizcə olmayacaq, çünki sakitlik və dinclik şəraitində özünüzü psixoloji cəhətdən daha rahat hiss edəcəksiniz.
Bu, həqiqətən dərin və ciddi özünütəhlil üçün çox yaxşı ildir. Nəinki özünüzü və daxili tələbatlarınızı tədqiq etmək, həm də komplekslərinizdən azad olmaq üçün sizə mütəxəssis köməyinin lazım olacağı istisna edilmir. Bu il tez-tez ibadətxanaya getməyə çalışın, bir çox suallarınıza cavabı məhz din vasitəsilə tapa biləcəksiniz. Müxtəlif sektalardan və onların nümayəndələrindən isə xeyli aralı durmağa çalışın indi kənar təsirə daha çox məruz qalmış olursunuz və bu səbəbdən xoşagəlməz vəziyyətlərlə qarşılaşa bilərsiniz.
İl ərzində ən sabit sahə imtim həyatdır. Sevdiyiniz adamla münasibətlərinizi sabitləşdirin, əlaqələrinizi sistemləşdirin və nizama salın. Bu il seksual əlaqələrə o qədər də yüngül yanaşmaq lazım deyil, əks halda vəziyyət sizi, sadəcə, daha ciddi olmağa məcbur edəcək. Neqativ hadisələrə yol verməmək üçün möhkəm və daimi əlaqələrə can atın, imtim münasibətləri isə kifayət qədər tanıdığınız və etibar edə biləcəyiniz adamlarla qurun. Siz həmçinin özünüzün intim tələbatlarınızı yaxşı dərk etməlisiniz. Bu il əsl seksuallığınızı üzə çıxara bilərsiniz, lakin bunu bürcünüzün yalnız o nümayəndələri edəcək ki, onlar sabit seksual münasibətlər qura biləcəklər.
Planetlərin düzülüşü uzunmüddətli investisiyalar üçün əlverişli vaxt olduğundan xəbər verir. İndi sizə yüksək faizlərin ardınca qaçmaq lazım deyil, sabit istiqamətlər seçsəniz yaxşıdır. Lazımsız risqdən yayınmaqla mühafizəkar görünməkdən qorxmayın və bu cür yanaşma sayəsində ilin sonu üçün kapitalınızı artıra bilərsiniz.

BALIQLAR



2008-ci ildə bürcünüzün tipik nümayəndələrinin xeyli yeni plan və ideyaları meydana çıxacaq ki, onların əksəriyyəti çox dəyərli olacaq. Məhz buna görə gələcək planlarınızı tərtib etmək üçün bu ildən istifadə edin, sonrakı illərdə isə düşündüklərinizi həyata keçirəcəksiniz.
Bu il yeni maraqlarınız meydana çıxacaq. Balıqların əksəriyyəti astrologiya ilə, qoroskoplarla, eləcə də kompüterlərlə və ya proqramlaşdırma ilə maraqlanacaqlar. Bu maraqlardan istəniləni nəinki sizin erudisiyanızı, həm də həmfikirlərinizin dairəsini genişləndirəcək. Dostlarla ünsiyyətiniz daha da intensivləşəcək. Bu il dostlarınızın dairəsində də xeyli dəyişikliyin əsasını qoyacaq. Yeni dostluq münasibətlərinin başlamasının təsiri altında əvvəlki tanışlıqlarınızın itdiyini görəcəksiniz. İl ərzində dostlarınızın sayı getdikcə daha çox artdığı üçün hamıya diqqət yetirməyə vaxtınız çatmayacaq və öz əlaqələrinizi diqqətlə analiz edərək belə bir nəticəyə gələcəksiniz ki, sizə daha xoş və maraqlı olan münasibətləri inkişaf etdirmək, daha az əhəmiyyət kəsb edənləri isə ixtisara salmaq lazımdır. Planetlərin düzülüşünün ətrafınızı dəyişmək üçün sizə kifayət qədər çox vaxt verdiyinə diqqət yetirin, yəni belə transformasiyalar yalnız bu il ərzində başlayacaq, buna görə də daha gözəçarpan olacaq. Vaxtaşırı baş verəcək qalan dəyişikliklər isə artıq növbəti illərə qalacaq.
Dostluq əlaqələrindən fərqli olaraq, şəxsi münasibətlərdə əks proses müşahidə ediləcək. Burada siz dəyişikliklərə meylli deyilsiniz və qarşılıqlı münasibətlərə daha ciddi yanaşırsınız. Münasibətlərin sabitləşməsinə can atan bürcünüzün bir çox nümayəndələri ailə qurmaq fikrinə düşəcək. Buna görə də 2008-ci ildə Balıqların iştirakı ilə keçirilən toyların sayı çox olacaq.
Şəxsi münasibətlərdə hislərin bir qədər soyuması da müşahidə edilə bilər. Bu, ilk növbədə, tərəfdaşınıza daha obyektiv baxmağa başlamağınızla bağlıdır. Eyni zamanda, siz həm öz üzərinizdə, həm də münasibətləriniz üzərində işləməyə hazırsınız ki, bu da nəinki sevgi atəşinizin bir qədər soyumasına, həm də daxilən xeyli möhkəmlənmənizə kömək edir. İl ərzində tərəf-müqabilinizlə münasibətlərdə ehtiras müşahidə edilməyə bilər, daha çox davamlı duyğular və daimi dəstək hissi olacaq. İstənilən halda, il ərzində tərəf-müqabilinizin sizə tam yaraşıb-yaraşmadığını biləcək, üzərində işləməli olduğunuz nöqsanları aşkar edəcəksiniz. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR