Bank Of Baku

Dəvəçi rayon mərkəzinə içməli su verilməsi dayandırılıb

Dəvəçi rayon mərkəzinə içməli su verilməsi dayandırılıb
# 01 oktyabr 2007 11:38 (UTC +04:00)
Dəvəçi rayon mərkəzinə içməli suyun verilməsi dayandırılıb. Yerli sakinlərin APA-nın Şimal bürosuna verdiyi məlumata görə, əhali artıq bir həftədir ki, maşınlarla gətirilən sudan istifadə etmək məcburiyyətində qalıb. Dəvəçi su kanalı idarəsinin rəisi Tofiq Xəlilov APA-nın Şimal bürosuna bildirib ki, su kanalı idarəsinin Xaçmaz regional elektrik idarəsinə 69 min manat borcu var, bu səbəbdən regional idarə müəssisəyə elektrik enerjisinin verilməsini dayandırıb: “Əhali isə su pulunu ödəmir, hazırda şəhər sakinlərinə içməli su xüsusi maşınlarla çatdırılır. Problemi yoluna qoymaq məqsədilə Sumqayıt elektrik şəbəkələri idarəsi ilə danışıqlar aparılır”. Xaçmaz regional elektrik idarəsi Dəvəçi satış şöbəsinin rəisi Taleh Səfərov da Dəvəçi şəhərinə verilən içməli suyun dayandırılmasını su kanalı idarəsinin borcu ilə əlaqələndirib: "Baş idarəmiz borcu tələb edir. Əgər 69 min manat vəsait ödənilməsə, problem həllini tapmayacaq". Taleh Səfərov bununla bağlı danışıqlar getdiyini təsdiqləyərək, borcun bir hissəsinin ödəniləcəyi təqdirdə su kanalı idarəsinə enerji veriləcəyini istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR