Bank Of Baku

Qusarda içərisində əsgərlər olan maşın qəzaya uğrayıb

Qusarda içərisində əsgərlər olan maşın qəzaya uğrayıb
# 01 oktyabr 2007 11:46 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına məxsus "QAZ-53" markalı maşın bu gün səhər radələrində Qusar şəhərinin girəcəyində qəzaya uğrayıb. Qusar rayon polis şöbəsindən APA-nın Şimal bürosuna verilən məlumata görə, "QAZ-53" markalı maşın Əfqan Hidayətovun idarə etdiyi "KAMAZ" markalı maşınla toqquşub. Hadisə nəticəsində Daxili Qoşunların 3 əsgəri yüngül xəsarət alıb. Onlara dərhal hadisə yerində tibbi yardım göstərilib. Qəzanın səbəbləri araşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR