Bank Of Baku

Bakıda binaların istiliklə təchizinə noyabrın 15-dən başlanılacaq

Bakıda binaların istiliklə təchizinə noyabrın 15-dən başlanılacaq
# 01 oktyabr 2007 14:57 (UTC +04:00)
“Azəristiliktəchizat” Səhmdar Cəmiyyəti Bakıda qış mövsümünə noyabrın 15-dən keçəcək. “Azəristiliktəchizat”ın sədr müavini Ilham Mirzəliyev “APA-Economics”ə bildirib ki, paytaxtdakı yaşayış evlərinin, səhiyyə, təhsil və digər obyektlərin istiliklə təchizatına həmin tarixdən başlanılacaq. Hazırda isə mövsümə hazırlıq işləri görülür.
İ.Mirzəliyev qeyd edib ki, ötən il Bakıdakı yaşayış evlərinin 60-ə yaxını istiliklə təchiz edilib. Bu il isə istilik verilən binaların sayının ötən ildəkindən yüksək olacağı gözlənilir.
Respublikanın digər bölgələrində gəldikdə, İ.Mirzəliyev deyib ki, qış mövsümünə keçid vaxtını hər bir rayon və şəhər icra hakimiyyəti hava şəraitindən asılı olaraq, özü müəyyənləşdirməlidir. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR